Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

10.04.2015 10:20

Natiq Əliyev: Neftin qiymətinin düşməsi Azərbaycana təsir etməyib

“Biz böhran hiss etmirik”.

Neftin qiymətinin düşməsi Azərbaycana təsir etməyib.

Oxu.Az xəbər verir ki, “APA-Economics”in “Əl-Cəzirə”yə istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib.

Onun sözlərinə görə, hazırda iqtisadi baxımdan neftin qiymətindən qaynaqlanan bir çətinlik yaşanmır. Nazir bunu neft hasilatı xərclərinin aşağı olması ilə izah edib:

“Biz böhran hiss etmirik. Çünki Azərbaycan neftinin hasilat xərcləri ucuz başa gəlir. Amma ümumilikdə bizim gəlirlərimiz azalıb. Bir ildə neft satışından təxminən 20 mlrd. dollar əldə edirdik. Qiymət aşağı düşəndən sonra illik gəlirlərimiz 5-6 mlrd. dollar azalıb”, - deyə nazir vurğulayıb.

N.Əliyev əlavə edib ki, qısa müddət ərzində neftin qiymətinin artması gözlənilmir. Nazir hesab edir ki, İran və Qərb arasında münasibətlər kimi siyasi məsələlər də neftin qiymətinə zamanla təsir göstərəcək.

Trans-Anadolu Təbii Qaz Boru Xəttinin (TANAP) “Türk axını” xəttinə rəqib olması məsələsinə gəlincə, energetika naziri deyib ki, Avropaya nəql ediləcək Azərbaycan qazının həcmi o qədər də böyük deyil:

“10 mlrd. kubmetr qazı Avropaya nəql etmək, Rusiyanın Avropaya satdığı qaza miqdar və qiymət baxımından təsir göstərməyəcək. TANAP Rusiya qazına rəqib bir boru xətti deyil. TANAP yalnız bir vasitədir. Biz burada heç bir rəqabət mühiti görmürük".

bütün xəbərlər





BİZƏ QOŞULUN!
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
VALYUTA MƏZƏNNƏSİ
  11/08/2022 12/08/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



      Caspian Oil & Gas Conference is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek