Site map
Contacts
Archive
Azərbaycan
versiyası






Top News

24.01.2014 10:33

TANAP konsorsiumu tender elan edib

Bakı. Aqşin Rafiqoğlu APA-Economics. Azərbaycanda hasil olunan təbii qazı Türkiyəyə nəql edəcək Trans-Anadolu qaz kəməri (TANAP) konsorsiumu tender elan edib.

APA-Economicsin TANAP-ın rəsmi saytına istinadən verdiyi məlumata görə, tenderdə bir sıra kompressor və ölçmə stansiyalarının layihələndirilməsi, satın alınması və inşası nəzərdə tutulub.

Məlumata görə, tender iki kompressor stansiyası, ümumilikdə dörd ədəd ölçü stansiyası, iki reduktor və ölçü stansiyasının layihələndirilməsi, satın alınması və inşasını nəzərdə tutur.

Tenderdə ISO 9001, ISO 14001 və OHSAS 18001 beynəlxalq idarəetmə və keyfiyyət standartlarına uyğun şirkətlər iştirak edə bilər. Bu şirkətlər Beynəlxalq Maliyyə Korporasiyası, Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, yaxud AB, ABŞ/BMT, Azərbaycan və Türkiyə tərəfdən hansısa sanksiyalara malik olmamalıdır.

Tenderdə neft, qaz və kimya sahəsində böyük təcrübəsi olan şirkətlər iştirak edə bilər. Tender bu gündən başlayaraq fevralın 28-dək davam edəcək. Tenderlə bağlı təkliflər bu müddət ərzində təqdim edilməlidir.

all news





JOIN US!
Top news
TRAVEL PARTNER
Premier Tour
OFFICIAL HOTELS
Qafqazpoint


SheratonBaku
EXCHANGE RATES
  16/02/2020 17/02/2020
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
WEATHER



      Caspian Oil & Gas Conference is Copyright © 2000-2020 All rights reserved. Hosted by VebTek