Site map
Contacts
Archive
Azərbaycan
versiyası






Top News

23.12.2013 10:44

President Aliyev: Shah Deniz-2 to provide long term successful economic development of Azerbaijan

Dekabrın 9-da Azərbaycanın Qars şəhərindəki baş konsulluğu tərəfindən Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş mərasim keçirilmişdir.Anım mərasimi Ulu Öndərin büstü önünə əklil və çiçək dəstələri qoyulması ilə başlamışdır. Daha sonra iki qardaş ölkənin himnləri səsləndirilmiş, Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Azərbaycanın Qarsdakı Baş Konsulu Ayxan Süleymanov, Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova və SOCAR Türkiyə Nümayəndəliyinin sosial layihələr meneceri Rizvan Əliyev öz çıxışlarında bu günün əhəmiyyətindən, Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycanın hərtərəfli inkişafındakı rolundan, Azərbaycan və Türkiyə dostluğuna verdiyi önəmdən danışmışlar. Daha sonra Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən qısa film nümayiş olunmuşdur.
Anım mərasimində Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı və SOCAR-ın dəstəyi ilə təşkil olunmuş Heydər Əliyev və Türkiyə mövzusunda inşa yazı müsabiqəsində qalib gəlmiş Ərdahan və Kafkaz Universitetlərinin tələbələrinə SOCAR-ın Türkiyədəki nümayəndəliyi tərəfindən hədiyyə çekləri təqdim edilmişdir. Mərasimdə Qars valisi Eyüp Tepe, Qars bələdiyyə başqanın müavini Orhan Özyılmaz, Kafkaz Universitetinin rektoru professor Sami Özcan, Qars əmniyyət müdiri müavini Hayri Özcan, hakim Ədalət və yüksəliş partiyasının bölgə üzrə rəhbəri Ensar Erdoğdu, qeyri-hökumət təşkilatlarının nümayəndələri və tələbələr iştirak etmişlər.

all news





JOIN US!
Top news
TRAVEL PARTNER
Premier Tour
OFFICIAL HOTELS
Qafqazpoint


SheratonBaku
EXCHANGE RATES
  25/02/2021 26/02/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
WEATHER



      Caspian Oil & Gas Conference is Copyright © 2000-2021 All rights reserved. Hosted by VebTek