Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

05.06.2014 17:29

İqtisadiyyat, texnologiya və dünya siyasətinin nadir kombinasiyası

Ceremi Hak, “Nobel Oil Exploration & Production” şirkətinin prezidenti
- “Xəzər Neft və Qaz 2014” konfransında iki gün keçirdikdən sonra deyə bilərəm ki, Azərbaycanın neft-qaz sənayesi iqtisadiyyat, texnologiya və dünya siyasətinin nadir kombinasiyasını təşkil edir. Burada bir çox sənaye subyekti mövqe tutur, müasir texnologiyalar tətbiq olunur, böyük həcmli və uzunmüddətli sərmayələr yatırılır. Bu konfrans isə bir il ərzində bizim sahədə baş verən və konfrans iştirakçılarını maraqlandıran bütün yeni və ən maraqlı hadisələrin diqqət mərkəzində olduğu bir tədbirdir.

Elə mən özüm də bu gün “Nobel Oil Services” şirkətinin bir hissəsi olan və neftin kəşfiyyatı və hasilatı üzrə ixtisaslaşan “Nobel Oil Exploration & Production” şirkətinin prezidenti və nümayəndəsi qismində konfransda çıxış etdim. Mən öz məruzəmdə bizim şirkətin imkanları, habelə onun xidmətləri və həyata keçirdiyi layihələr haqqında danışdım. Ümid edirəm ki, mənim məruzəmdən sonra Azərbaycanlı dinləyicilər şirkətimizin fəaliyyəti haqqında tam təsəvvürə malik oldular.

bütün xəbərlər





BİZƏ QOŞULUN!
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
VALYUTA MƏZƏNNƏSİ
  23/01/2022 24/01/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



      Caspian Oil & Gas Conference is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek