Baş xəbərlər05.06.2014 14:28 Biz neft-qaz sənayesində mövcud olan innovasiyalar maraqlandırır
Fərrux Həsənov, “Air Liquide” şirkətinin regional meneceri - Mən “Xəzər Neft və Qaz” konfransında xüsusi hislərlə iştirak edirəm. Bu tədbirin dinləyici iştirakçısı və bir mütəxəssis kimi, məni ən çox neft-qaz sahəsinin yenilikləri maraqlandırır. Mən “Azərbaycanda neft-kimya və neft emalının icmalı və inkişaf perspektivləri”, “Neft-kimya mühəndisliyi sahəsində risklərin idarə olunması üzrə innovasiyalı üsullar” və s. mövzuların müzakirə olunacağı sonuncu konfrans iclasını səbirsizliklə gözləyirəm və əminəm ki, məruzəçilərin çıxışlarından özüm üçün xeyli maraqlı məlumat əldə edəcəyəm. Bu il Azərbaycan artıq 21-ci neft-qaz konfransını keçirir və eyni zamanda, 1994-cü ildə imzalanmış möhtəşəm “Əsrin Müqaviləsi”nin 20-ci ildönümünü bayram edir. Neft-qaz sahəsi Azərbaycan üçün nə qədər vacibdirsə, iştirakçılara yeni dəyərli məlumatlar əldə etmək, həmkarlarla tanış olmaq və təcrübə mübadiləsi aparmaq üçün imkanı yaradan bu konfransın keçirilməsi də bir o qədər vacibdir. Bizim şirkət hər il “Xəzər Neft və Qaz” konfransında iştirak edir və biz gələcəkdə bu xoş ənənəni davam etdirmək niyyətindəyik, belə ki, bu tədbir Azərbaycanın sənaye sektorunda bir nömrəli hadisədir.
bütün xəbərlər
|