Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

21.12.2012 11:19

Gürcüstanda SOCAR brendi ilə daha iki yanacaqdoldurma kompleksi açılıb

Dekabrın 19-da və 20-də Gürcüstanda SOCAR brendi ilə fəaliyyət göstərən daha iki yanacaqdoldurma kompleksinin açılış mərasimi olub.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, yeni, müasir standartlara cavab verən YDM-lərdən biri Senaki rayonunun Teklatı qəsəbəsində yerləşır. Tbilisi-Rustavi yolunda gömrük terminalı zonasının qarşısında açılmış digər SOCAR brendlı yanacaqdoldurma məntəqəsi isə Gürcüstanda ilk kombinə olunmuş çoxfunksiyalı YDM-dir. Kompleksdə dünyanın aparıcı brendlərindən sayılan "Galileo"nun kompressor və qazpaylayıcı kolonkası quraşdırılıb ki, bu da avtomobilləri yüksək texnologiyalı, ekoloji təmiz təbii qazla təchiz etməyə imkan verəcək. Kompressor yanğın əleyhinə ən yeni mühafizə texnologiyaları ilə təchiz olunmuş mikroboksda yerləşdirilib.

Müştərilər SOCAR yanacaqdoldurma kompleksində "Qudvill" marketinin, qəlyanaltı obyektinin, valyutadəyişmə məntəqəsinin xidmətlərindən istifadə edə biləcəklər. Burada avtomobil sahiblərinə müxtəlif əlavə xidmətlər göstərən xüsusi servis-bloklar da yaradılıb.

SOCAR brendli yeni yanacaqdoldurma komplekslərinin açılış mərasimlərində ARDNŞ-nin Gürcüstandakı Nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, "SOCAR Energy Georgia" MMC-nin rəhbər işçiləri, yerli icra hakimiyyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Bildirilib ki, artıq Gürcüstanda "SOCAR" brendi altında 98 YDM fəaliyyət göstərir, 2012-ci ilin sonuna kimi bu YDM-lərin sayı 100-ə çatdırılacaq.

bütün xəbərlər





BİZƏ QOŞULUN!
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
VALYUTA MƏZƏNNƏSİ
  23/01/2022 24/01/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



      Caspian Oil & Gas Conference is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek