Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

04.06.2014 16:12

“Xəzər Neft və Qaz - 2014” konfransı

Bu gün 4 iyun tarixində “JW Marriott Absheron Baku” otelində 21-ci “Caspian Oil & Gas 2014” konfransı öz işinə başladı. Bu il sözügedən konfransda 500 nəfərdən çox nümayəndə iştirak edir.

Tədbirin unikallığı zamanın sınağından uğurla çıxdı və bu il konfransın proqramına sənayenin 50 nəfərdən çox liderinin - onlarla dünya ölkəsindən gəlmiş dövlət xadimləri və sahibkarların çıxışı daxil edilmişdir. Bu il həm də onunla əlamətdardır ki, konfransın Azərbaycanda qeyd olunan “Sənaye ili”ndə keçirilməsi “Əsrin Müqaviləsi”nin 20-ci ildönümünə təsadüf edir.

Azərbaycana göstərilən böyük maraq investorları ölkəmizə cəlb edən zəngin neft-qaz ehtiyatları ilə əlaqədardır və buna görə də, “Caspian Oil & Gas” konfransına olan maraq azalmır və hətta əksinə, müzakirə üçün yeni-yeni mövzular meydana çıxır. Artıq uzun illərdir ki, “Caspian Oil & Gas” sərgi və konfransı regionun neft sahəsinin mütəxəssislərini və əsas subyektlərini bir araya gətirir və ölkə rəhbərliyinin məqsədyönlü və çoxvektorlu, tarazlaşdırılmış siyasətini əks etdirir. “Caspian Oil & Gas” sərgisinin fasiləsiz fəaliyyəti Azərbaycana xas olan sabitliyin və onun neft-qaz sənayesini şəffaf şəkildə inkişaf etdirmək əzminin sübutudur.

Builki konfransın proqramı ənənəvi olaraq mütəxəssislər üçün ən aktual və maraqlı müzakirə mövzularına toxunur. Onların arasında hasilat artımı və təchizat marşrutlarının diversifikasiyası sahəsində beynəlxalq əməkdaşlıq, dəniz platformaları, qazma qurğuları və dəniz boru kəmərlərinin inşası sahəsində innovasiyalar, Xəzəryanı regionda neft-qaz ehtiyatlarının emalı və nəqli üzrə yeni layihələr və s. bu kimi mövzular var.

Konfransın baş sponsoru qismində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) çıxış edir. Tədbirin qızıl sponsorları “BP Azerbaijan” və “Baker Hughes” şirkətləridir. Konfransın gümüş sponsorlar isə “RWE DEA AG” şirkəti və “Inpex” korporasiyasıdır. Digər sponsorlar arasında “SVAP BT”, “Caspian Geophysical JV”, “Conoco Phillips”, “Cross Caspian Oil and Gas Logistics”, “Nobel Oil LTD”, “Dassault Systèmes Ltd”, “Dentons”, “Shlumberger”, “SNF Vostok”, “SOCAR AQŞ”, “Statoil”, “TAP” və “Total E&P Azerbaijan” şirkətləri var. Konfransın rəsmi aviaşirkəti Ukrayna Hava Yollarıdır (UIA). Sərgi və konfransın KİV üzrə baş tərəfdaşı qismində  isə “Caspian Energy International Media Group” şirkəti çıxış edir.

bütün xəbərlər





BİZƏ QOŞULUN!
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
VALYUTA MƏZƏNNƏSİ
  11/08/2022 12/08/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



      Caspian Oil & Gas Conference is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek