Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

02.06.2014 12:01

“Əsrin Müqaviləsi”nə həsr olunmuş xüsusi iclas keçiriləcək

Bu ilin 4-5 iyun tarixində “JW Marriott Absheron Baku” otelində keçiriləcək Beynəlxalq “Caspian Oil & Gas” konfransı Xəzər Neft və Qaz sərgisini müşayiət edən işgüzar proqramın mühüm hissəsidir. Hər il keçirilən bu konfransda dünyanın 30-dan çox ölkəsindən 500-dən artıq nümayəndə iştirak edir.  Konfransın proqramına dünyanın müxtəlif ölkələrindən dövlət strukturlarının 50-dən çox nümayəndəsi, neft-qaz sənayesinin aparıcı ekspertləri və iri neft-qaz şirkətlərinin rəhbərlərinin çıxışı daxil edilib. Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev, ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev, Böyük Britaniya Baş nazirinin Azərbaycanla ticarətin inkişafı üzrə xüsusi elçisi cənab Çarlz Hendri, İran İslam Respublikasının Avropa, Amerika və Xəzəryanı ölkələr üzrə departamentin baş direktoru Hüseyn Esmaeli Şahmirzadə, Enerji Xartiyasının Baş katibi cənab Urban Rusnak və Bolqarıstanın xarici işlər nazirliyinin enerji məsələləri üzrə xüsusi nümayəndəsi Laçezar Matev və digər şəxslər öz məruzələri ilə çıxış edəcəklər.

Konfransda əlamətdar hadisəyə - “Əsrin Müqaviləsi”nə həsr olunmuş xüsusi iclas da keçiriləcək və bu iclasda iştirakçılar sözügedən müqavilənin tarixi, həyata keçirilməsi və uğurları ilə tanış ola biləcəklər. Həmçinin, konfransda aşağıdakı mövzulara da toxunulacaq: “Avrasiyaya enerji təchizatının təminatında Azərbaycanın rolu”, “Əsrin Müqaviləsinin həyata keçirilməsində beynəlxalq əməkdaşlıq”, “Xəzər regionundan Neft və qaz nəqlinin diversifikasiyası”, “qazin qiyməti və uzunmüddətli  müqavilələr: mühüm neft-qaz layİhələrİnİn davamlı İnkİşafının təmİnİ”, “Enerji ehtiyatlari bazasının genişləndirilməsi. Alternativ enerji mənbələri”, “Qazıma və hasilat texnologiyaları”, “Xəzər regionunda ekoloji təhlükəsizliyin təmin edilməsi”, “Azərbaycanda neft kimyası və neft emalının mövcud vəzİyyətİ və İnkİşaf perspektİvlərİ”. Konfransda ХХI əsrin layihələri - “Şahdəniz-2”, “TANAP” və “ТАР” layihələri çərçivəsində beynəlxalq əməkdaşlıq xüsusunda aktual məsələlər, habelə dəniz platformaları, qazma qurğuları və dəniz boru kəmərlərinin tikintisində innovasiyalar, eləcə də Xəzəryanı regionda həm hasilat sənayesi, həm də neft-qaz resurslarının daşınması üzrə yeni layihələr ətrafında geniş müzakirələr keçiriləcək.

Konfransın baş sponsoru Azərbaycan Respublikası Dövlət Neft Şirkətidir (ARDNŞ). Konfransın qızıl sponsorları qismində “BP Azerbaijan” və “Baker Hughes” şirkətləri, gümüş sponsorları qismində isə “RWE DEA AG” və  “Inpex Corporation” şirkətləri çıxış edirlər. Konfransın digər sponsorları arasında “Ballast Pipeline SVAP”, “Caspian Geophysical JV”, “Conoco Phillips”, “Cross Caspian Oil and Gas Logistics”, “Nobel Oil LTD”, “Dassault Systèmes”, “Ernst and Young”, “Dentons”, “Shlumberger”, “SNF Vostok”, “SOCAR AQŞ”, “Statoil”, “TAP”, “Total E&P Azerbaijan” və “Welspun Middle East DMCC” şirkətləri var. Konfransın rəsmi aviaşirkəti Ukrayna Beynəlxalq Hava Yollarıdır (UIA). Sərgi və konfransın baş media tərəfdaşı isə “Caspian Energy International Media Group” şirkətidir.

“Caspian Oil & Gas” sərgi və konfransı ilə bağlı ən son xəbərlər operativ şəkildə rəsmi www.cog.azwww.oilgasconference.az veb-saytlarında yerləşdiriləcək. Həmçinin, sərgi və konfrans zamanı bir sıra nəşrlər də işıq üzü görəcək. Bu nəşrlər arasında sərgi iştirakçıları barədə ətraflı məlumatlardan, habelə məruzəçilərin tərcümeyi-hallarını və iştirakçıların fəaliyyətini əks etdirən konfrans materiallarından ibarət rəsmi sərgi kataloqu da var. Həmçinin, bu il “Daily News: Caspian Oil & Gas” rəsmi qəzetinin birdən-birə üç buraxılışı çap olunacaq və növbəti dəfə öz maraqlı reportajları ilə iştirakçı və ziyarətçiləri sevindirəcəkdir. “Daily News: Caspian Oil & Gas” rəsmi qəzetinin sponsoru “Azeri M-I Drilling Fluids” şirkətidir.

Beləliklə, sərgi və konfrans işgüzar əməkdaşlıq və peşəkar ünsiyyət üçün unikal imkanlar təklif edir. Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev tərəfindən Azərbaycanda elan edilən “Sənaye ili”ndə sərgi və konfrans özü ilə zəngin məlumat, təcrübə və yeni texnologiyalar gətirməklə yanaşı, ölkə üçün ənənəvi sayılan sənaye növlərinin inkişafına da əlavə təkan verəcəkdir.

bütün xəbərlər





BİZƏ QOŞULUN!
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
VALYUTA MƏZƏNNƏSİ
  23/01/2022 24/01/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



      Caspian Oil & Gas Conference is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek