Baş xəbərlər31.01.2014 11:32 Azərbaycanda istehsal edilən benzin Avro 2 standartlarına cavab verir
SOCAR-ın neft emalı üzrə vitse prezidenti Davud Məmmədov bildirib ki,şirkətin neft emalı zavodlarında istehsal edilən benzin Avro-2 standartlarına,dizel yanacağı isə Avro-3 standartlarına cavab verir.Onun sözlərinə görə,Avro-3 standarlarına cavab verən benzin istehsalı ancaq 2015-ci ildən sonra mümükün olacaq. Qeyd edək ki,bundan əvvəl Standartlaşdırma , Metrologiya və Patent Dövlət Komitəsi bildirmişdi ki,ölkədə istehsal edilən benzin Avro-3 standartlarına cavab verir. Nazirlər kabinetinin qərarına əsasən 2014-cü ilin aprelin 1-dən istehsal edilən benzin Avro-4 standartlarına cavab verməlidir.
bütün xəbərlər
|