Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

31.01.2014 11:32

BP: AÇG-nin qaz ehtiyatları Azərbaycanın tədarükçü kimi rolunun genişlənməsi planlarının dəstəklənməsinə xidmət edəcək

BP şirkəti və SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraqlı-Günəşli” (AÇG) neft-qaz yataqları blokunda dərin qaz laylarının işlənməsi üzrə saziş üzərində çalışırlar. Trend-in məlumatına görə, bu barədə “Azernews” qəzetinə müsahibəsində BP-nin Avrasiyada hasilat və kəşfiyyat üzrə direktoru Qreq Rayli bildirib.

O deyib: “Bu sahədə bizim biliklərimiz Azərbaycanın öz yeni təchizatçı rolunun genişləndirilməsi üzrə planlarına dəstək olaraq işlənə biləcək AÇG-nin daha dərin laylarında böyük qaz ehtiyatlarının mövcudluğunu təsdiq etdi”.

Onun sözlərinə görə, hazırda blokdan səmt qazı hasil olunur və onun bir hissəsi təzyiqin saxlanması üçün yenidən laylara vurulur, qalan hissəsi isə ölkənin qazpaylayıcı sisteminə daxil edilir.

Rayli qeyd edib ki, blokun işlənməsinin düzgün seçilmiş proqramı və düzgün texnologiyaların tətbiqi bir neçə illər ərzində Azərbaycana və onun tərəfdaşlarına, eləcə də dünya səviyyəsində resurs bazası kimi ümumilikdə regiona fayda gətirə bilər.

AÇG iri dəniz yatağının işlənməsi üzrə müqavilə 1994-cü ildə imzalanıb.

bütün xəbərlər





BİZƏ QOŞULUN!
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
VALYUTA MƏZƏNNƏSİ
  23/01/2022 24/01/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



      Caspian Oil & Gas Conference is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek