Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

24.01.2014 11:02

Davosda «SOCAR - Azərbaycanın enerjisi» adlı Azərbaycan gecəsi keçirilib

Bakı – APA-Economics. Dünən Davosda «SOCAR - Azərbaycanın enerjisi» adlı Azərbaycan gecəsi keçirilib.


«APA-Economics»in «Azərtac»a istinadən verdiyi xəbərə görə, bu tədbir Davosda Dünya İqtisadi Forumu çərçivəsində artıq üçüncü dəfə təşkil olunur, məqsədi isə ölkəmizin dünyada daha yaxşı tanıdılması və Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) dünya biznes aləminə geniş miqyasda təqdim edilməsidir. Bununla bağlı tədbir çərçivəsində Davosda reklam lövhələri və banerlərinin vurulması da məhz bu amilə xidmət edib.


Minədək qonağın iştirak etdiyi gecə «Azərbaycan - gələcəyin ölkəsi» adlı videoçarxın nümayişi ilə başlayıb. Mərasimdə çıxış edən Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Davos Forumunun strateji tərəfdaşı olan ARDNŞ-in artıq dünya şirkətinə çevrildiyini bildirib. Son illərdə ölkəmizdə gedən sürətli inkişaf proseslərindən danışan R.Abdullayev deyib ki, şaxələndirilmiş neft-qaz kəmərləri sisteminə malik olan Azərbaycan hazırda 30-dan çox ölkəyə neft-qaz məhsulları ixrac edir və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Ötən ilin sonunda Bakıda imzalanan «Şahdəniz-2» müqaviləsi də bunu bir daha təsdiqləyir.


Avropa Birliyinin enerji məsələləri üzrə komissarı Günter Ottinger sürətli inkişaf yolu keçən Azərbaycanda neft sənayesinin tarixindən danışıb, Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılmasında ölkəmizin mühüm rolunu qeyd edib. G.Ottinger zəngin mədəniyyətə malik Azərbaycanda 2015-ci ildə keçiriləcək I Avropa Oyunlarının mühüm əhəmiyyətə malik olduğunu bildirib.


Mərasimdə bir sıra ölkələrin hökumət nümayəndələri, dünyanın nüfuzlu media orqanlarının rəhbərləri, həmçinin iri biznes dairələrinin təmsilçiləri iştirak ediblər.

bütün xəbərlər





BİZƏ QOŞULUN!
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
VALYUTA MƏZƏNNƏSİ
  23/01/2022 24/01/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



      Caspian Oil & Gas Conference is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek