Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

23.01.2014 08:17

Davosda “SOCAR - Azərbaycanın enerjisi” adlı Azərbaycan gecəsi keçirilmişdir

Davos, 23 yanvar (AzərTAc). Xüsusi müxbirimiz xəbər verir ki, yanvarın 22-də Davosda “SOCAR - Azərbaycanın enerjisi” adlı Azərbaycan gecəsi keçirilmişdir.
“SOCAR - Azərbaycanın enerjisi” adlı Azərbaycan gecəsi Davosda artıq üçüncü dəfədir ki, təşkil olunur. Dünya İqtisadi Forumu çərçivəsində keçirilən tədbirin məqsədi ölkəmizin dünyada daha yaxşı tanıdılması və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) dünya biznes aləminə geniş miqyasda təqdim edilməsidir. Bununla bağlı tədbir çərçivəsində Davosda reklam lövhələrinin və banerlərin vurulması da məhz bu amilə xidmət edirdi.
Minədək qonağın iştirak etdiyi gecə “Azərbaycan - gələcəyin ölkəsi” adlı videoçarxın nümayişi ilə başlamışdır.
Mərasimdə çıxış edən dövlət neft şirkətinin prezidenti Rövnəq Abdullayev Davos Forumunun strateji tərəfdaşı olan SOCAR-ın artıq dünya şirkətinə çevrildiyini bildirmişdir. Son illərdə ölkəmizdə gedən sürətli inkişaf proseslərindən danışan R.Abdullayev demişdir ki, şaxələndirilmiş neft-qaz kəmərləri sisteminə malik olan Azərbaycan hazırda 30-dan çox ölkəyə neft-qaz məhsulları ixrac edir və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Ötən ilin sonunda Bakıda imzalanan “Şahdəniz-2” müqaviləsi də bunu bir daha təsdiqləyir.
Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Oettinger sürətli inkişaf yolu keçən Azərbaycanda neft sənayesinin tarixindən danışmış, Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılmasında ölkəmizin mühüm rolunu qeyd etmişdir. G.Oettinger zəngin mədəniyyətə malik Azərbaycanda 2015-ci ildə keçiriləcək birinci Avropa Oyunlarının mühüm əhəmiyyətə malik olduğunu bildirmişdir.
Mərasimdə bir sıra ölkələrin hökumət nümayəndələri, dünyanın nüfuzlu media orqanlarının rəhbərləri, həmçinin iri biznes dairələrinin təmsilçiləri iştirak etmişdir.

bütün xəbərlər





BİZƏ QOŞULUN!
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
VALYUTA MƏZƏNNƏSİ
  10/04/2021 11/04/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



      Caspian Oil & Gas Conference is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek