Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

27.09.2013 14:00

Azərbaycan və Britaniya arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev Böyük Britaniya Baş nazirinin ticarət üzrə elçisi, Lordlar Palatasının üzvü Lord Risbi, Lord Leksden, Lord St. Con və onları müşayiət edən şəxslərlə görüş keçirib.

Trend Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən məlumat verir ki, R.Abdullayev Böyük Britaniya və Azərbaycan arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb, bu inkişafda enerji sahəsində əməkdaşlığın rolunu vurğulayıb. ARDNŞ-nin prezidenti ötən ilin noyabr ayında Britaniyada, Lordlar Palatasında təqdimat zamanı çıxışını xatırladaraq, qarşılıqlı səfərlərin, görüş və fikir mübadilələrinin ölkələr arasında əlaqələrin daha da genişlənməsində mühüm rol oynadığını qeyd edib.

Azərbaycanın əldə etdiyi sürətli iqtisadi inkişafdan məmnunluğunu bildirən Böyük Britaniya Baş nazirinin ticarət üzrə elçisi Lord Risbi əmin olduğunu bildirib ki, Böyük Britaniya ilə Azərbaycan arasında münasibətlər bundan sonra daha dinamik templərlə inkişaf etdiriləcək.

R.Abdullayev qədim neft diyarı olan Azərbaycanın sosial-iqtisadi inkişafında qazanılmış uğurlardan danışıb, bu uğurlarda neft-qaz sektorunun rolunu qeyd edib, xüsusilə respublikanın qaz ixrac edən ölkələr arasında özünə layiqli yer tutması, Şirkətin ölkədə və xaricdə həyata keçirdiyi qlobal layihələr barədə ətraflı söz açıb. Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın təbii qaz mənbəyi kimi verdiyi töhfələrdən söz açan ARDNŞ-nin prezidenti artıq "Şahdəniz-2" layihəsi üzrə çıxarılacaq qaz həcmlərinin nəql marşrutunun seçildiyini, Avropa alıcıları ilə müqavilələrin imzalandığını diqqətə çatdırıb. Daha sonra Dövlət Neft Şirkəti ilə "bp" arasında uzunmüddətli uğurlu əməkdaşlığa toxunan R.Abdullayev bu əməkdaşlığın mühüm önəm kəsb etdiyini bildirib, ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən neft-qaz sahəsində inkişaf etdiyini söyləyib.

Sonda ARDNŞ-nin prezidenti R.Abdullayev nümayəndə heyətinin üzvlərini maraqlandıran sualları ətraflı cavablandırıb.

bütün xəbərlər





BİZƏ QOŞULUN!
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
VALYUTA MƏZƏNNƏSİ
  23/01/2022 24/01/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



      Caspian Oil & Gas Conference is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek