Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

06.09.2013 13:37

ARDNŞ Əfqanıstanın yeraltı sərvətlərinin işlənməsində iştirak edə bilər

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevlə Əfqanıstan İslam Respublikasının mineral ehtiyatlar və neft naziri Vahidullah Şahraninin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

 

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, R. Abdullayev Azərbaycanın qədim neft diyarı olduğunu, sənaye üsulu ilə ilk neft quyusunun Bakıda qazıldığını və neftçilərimizin dünya sənayesi tarixinə mühüm töhfələr verdiyini vurğulayıb. ARDNŞ prezidenti hazırda yeni neft strategiyası çərçivəsində həyata keçirilən regional və qlobal əhəmiyyətli layihələr üzrə qazanılmış nailiyyətlər, bu uğurlarda Dövlət Neft Şirkətinin rolu, Şirkətin fəaliyyət istiqamətləri, ölkə daxilində və xaricdəki aktivləri haqqında qonaqlara ətraflı məlumat verib.

 

Əfqanıstanın mineral ehtiyatlar və neft naziri Vahidullah Şahrani son illər Azərbaycanın yüksək templərlə sürətli inkişafından bir dost ölkə olaraq qürur duyduqlarını söyləyib, bu inkişafda neft-qaz sənayesinin rolunu vurğulayıb, ölkəmizin enerji sektorunun avanqardı olan ARDNŞ-nin artıq bütün dünyada uğurla fəaliyyət göstərən və sürətlə inkişaf edən bir şirkət, etibarlı tərəfdaş kimi tanındığını qeyd edib. Nazir Azərbaycana səfərləri çərçivəsində bir sıra dövlət qurumlarında görüşlər keçirdiklərini və dərin təəssürat qazandıqlarını nəzərə çatdırıb. Daha sonra böyük neft və qaz potensialına malik olan Əfqanıstanın artıq bir neçə ildir ki, beynəlxalq şirkətlərlə əməkdaşlıq çərçivəsində fəaliyyətə başladığını bildirən qonaq bu sahədə Azərbaycanın təcrübəsindən yararlanmaq istədiklərini, ARDNŞ ilə Əfqanıstanın yeraltı sərvətlərinin işlənilməsi istiqamətində əməkdaşlıq etməkdə maraqlı olduqlarını vurğulayıb.

 

Azərbaycanın uzun əsrlər boyu dünyanın neft akademiyası hesab olunduğunu diqqətə çatdıran R. Abdullayev ölkəmizdə Əfqanıstan üçün neft mütəxəssislərinin hazırlanması ənənəsinin mövcudluğunu xatırladıb, ötən ildən ARDNŞ-in nəzdində dünyanın nüfuzlu universitetləri ilə sıx əməkdaşlıq edən Bakı Ali Neft Məktəbinin fəaliyyətə başladığını qeyd edib və həmin ənənənin davamı olaraq gələn tədris ilindən əfqanıstanlı gənclərin bu ali məktəbdə beynəlxalq standartlar səviyyəsində yüksək təhsil almasına şərait yaradılacağını söyləyib. O, həmçinin dost ölkənin neft-qaz sənayesi mütəxəssisləri üçün Azərbaycanda təcrübə mübadiləsinin təşkili istiqamətində real addımlar atmağın mümkün olduğunu bildirib.

bütün xəbərlər





BİZƏ QOŞULUN!
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
VALYUTA MƏZƏNNƏSİ
  10/04/2021 11/04/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



      Caspian Oil & Gas Conference is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek