Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

30.08.2013 10:32

Rosneft rəhbəri Bakı-Novorossiysk ilə neftin əks nəqlinin üstünlüklərindən danışıb

Rosneft prezidenti İgor Seçin Bakı-Novorossiysk boru xətti ilə neftin əks nəqlinin mümkünlüyünü istisna etməyib.
“Əks nəql nə deməkdir? Siz bilirsiz ki, Bu kəmər Rusiyadan Bakı istiqamətində çəkilib. Bəlkə indi baş verənlər elə əks nəqldir”, – deyə Seçin bu gün jurnalistlərə bildirib.
“Əgər biz "Urals" markalı nefti Bakı zavodlarına tədarük etsək, əvvala biz nəqletmədə səmərəllik əldə edərək, Ceyhanda "Azeri Light"ı alacağıq.  Neft daha sonra Almaniya və İtaliya zavodlarımıza tədarük edilə bilər. Mənə elə gəlir ki, bu sadəcə, bütün vasitələrindən istifadə edərək bazarlarada effektiv işləmək deməkdir”, - deyə Seçin fikrini daha dəqiqləşdirib.
Qeyd edək ki, “SOCAR” və “Rosneft” şirkətlərinin 5 milyon ton həcmində "Urals" markalı nefti Bakı-Novorossiysk kəməri ilə əks nəqlinin mümkünlüyü barədə danışıqların getdiyi barədə məlumatı SOCAR-ın prezidenti Rövnəq Abdullayev keçən həftə bildirmişdi.
Onun sözlərinə görə, tərəflər arasında "Urals" markalı neftin Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli mümkünlüyü barədə danışıqlar aparılır ki, daha sonra həmin neft İtaliya və Almaniyada “Rosneft” şirkətinin iştirak payı olduğu müəssələrə tədarük edilə bilər.
Abdullayev həmçinin bildirmişdi ki,”SOCAR” və “Rosneft” treyding əməliyyatları layihələrində də maraqlıdırlar. Xüsusilə “Rosneft” “SOCAR”-ın Ceyhan, Singapur, Fuceyrə və Afrika ölkələrində olan neft və neft məhsullarının saxlama tutumlarına (rezervuarlara) maraq göstərir. Həmçinin kəmər ilə nəql ediləcək neftin bir hissəsinin Bakı neft emalı zavodlarında emal edilcəyi də istisna edilmir. Bunların reallaşması üçün baxılan təkliflər  hər iki tərəfin kommersiya maraqlarına cavab verməlidir.

bütün xəbərlər





BİZƏ QOŞULUN!
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
VALYUTA MƏZƏNNƏSİ
  23/01/2022 24/01/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



      Caspian Oil & Gas Conference is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek