Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

19.07.2013 11:57

Azərbaycan Dövlət Neft Şirkəti Xəzərdə yeni platforma quraşdıracaq

Bakı. Aynur Əliyeva – APA-Economics. Xəzərin Azərbaycan sektorunda yerləşən «Darvin bankası» yatağında yeni platforma quraşdırılacaq. ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, yataq üçün inşası başa çatmaqda olan yeni 740 saylı platforma ARDNŞ-in «Azneft» İstehsalat Birliyinin «Abşeronneft» NQÇİ-nin sifarişi əsasında tikilir.

 

Belə ki, 8 istismar quyusunun qazılması üçün nəzərdə tutulan özül dənizin 10 metr dərinliyində yerləşdiriləcək. 8 bloklu özül 2 hissədən - istehsalat və yaşayış sahələrindən ibarətdir ki, bu sahələr hər birinin uzunluğu 36 metr olan 2 piyada körpüsü ilə əlaqələndirilib. Özüldə ən müasir qazma avadanlığı, çirkab və məişət sularının yığılması üçün xüsusi çənlər, 7 yanalma meydançası, 4 minik meydançası, yükqaldırma qabiliyyəti 12,5 ton olan kran və digər zəruri avadanlıqlar quraşdırılıb.

 

Bundan başqa, elektrik enerjisi ilə təchizatının etibarlılığını təmin etmək məqsədilə özüldə 3 ədəd dizel elektrik aqreqatı quraşdırılıb. Özüldə ətraf mühitin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə sahələri üzrə işlər bütün müasir norma və tələblər səviyyəsində yerinə yetirilib. Yaxın vaxtlarda özülün istismara qəbul ediləcəyi gözlənilir.

 

Qeyd edək ki, ARDNŞ-in «Neftqazelmitədqiqatlayihə» İnstitutunun layihəsi əsasında inşa olunan özülün baş podratçısı şirkətin «Neftqaztikinti» Trestidir.

bütün xəbərlər





BİZƏ QOŞULUN!
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
VALYUTA MƏZƏNNƏSİ
  23/01/2022 24/01/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



      Caspian Oil & Gas Conference is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek