Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

08.11.2016 10:56

"Russneft" Azərbaycanda hasilatı artırır

Noyabr ayında "Russneft" şirkətinin səhmlərinin 10%-nin Moskva birjasında IPO üsulıu ilə yerləşdirilməsi barədə elan veriləcək ki, şirkət bunun hesabına 400 mln. dollar cəlb edəcək. "APA-Economics" "İzvestiya" qəzetinə istinadən xəbər verir ki, yerləşdirmədən öncə şirkət 2017-2019-cu illəri əhatə edəcək strategiyanı təsdiqləməli və bu strategiyanı reallaşdıracaq yeni prezidenti seçməlidir.

IPO-dan sonra milyarder Mixail Qutseriyevə məxsus olan şirkət Orenburqdakı aktivlərini birləşdirəcək ki, bunun hesabına illik neft hasilatının həcmi ikiqat artaraq 1 mln. tona çatacaq.

Ekspertlər hesab edir ki, səhmlərin yerləşdirilməsi konkret investorlara hesablanacaq və bununla da "Russneft"ə lazım olan vəsaiti əldə etmək mümkün olacaq.

Bu gün Direktorlar Şurasının iclasında müzakirə olunması nəzərdə tutulan 3 illik strategiya potensial investorlar üçün şirkətin cəlbediciliyini artıracaq. M. Qutseriyev bildirib ki, strateji inkişafın "onurğa sütunu" 2019-cu ilədək neft hasilatının 40% artırılması olacaq: "Biz illik hasilatı 7 mln. tondan 10 mln. tonadək artırmağı planlaşdırırıq".

Şirkətin hesablamalarına görə, 5 il sonra aktivlərin strukturunda çətin çıxarılan ehtiyatların payı 10% artacaq. Bundan başqa, "Russneft" Azərbaycanda hasilatı artırmaq niyyətindədir.

bütün xəbərlər





BİZƏ QOŞULUN!
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
VALYUTA MƏZƏNNƏSİ
  21/02/2020 22/02/2020
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



      Caspian Oil & Gas Conference is Copyright © 2000-2020 Bütün hüquqlar qorunur. Hosted by VebTek