Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

08.11.2016 10:55

"Azərkimya"nın Etilen-polietilen zavodunun yenidən qurulması çərçivəsində müqavilə imzalanıb

Bu gün Sumqayıt şəhərində "Azərkimya" İstehsalat Birliyində SOCAR-ın prezidenti Rövnəq Abdullayev və digər rəhbər şəxslərin iştirakı ilə Etilen-propilen zavodunun yenidənqurulması layihəsi çərçivəsində birlik və "Technip İtaly" şirkəti, eləcə də "SOCAR-KBR" birgə müəssisəsi arasında imzalanma mərasimi keçirilib.


"APA-Economics" xəbər verir ki, görüş çərçivəsində "Azərkimya" İB ilə "Technip İtaly" arasında modernizasiya və yenidənqurma işləri ilə əlaqədar yeni obyektlərin, avadanlıqların və infrastrukturun layihələndirilməsi, satın alınması, tikintisi, sazlanması, işə salınması, sınaqdan keçirilməsi və istismara hazırlanması da daxil olmaqla EPC müqaviləsi, birliklə "SOCAR-KBR" birgə müəssisəsi arasında layihənin idarəedilməsi üzrə podratçı - PMC müqaviləsi imzalanıb.

Hər iki müqaviləni "Azərkimya" İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev, qarşı tərəfdən müvafiq olarıq "Technip İtaly" şirkətinin baş icraçı direktoru Marko Villa və "SOCAR-KBR" şirkətinin Avropa, Avrasiya və Afrika regionu üzrə prezidenti Jan Egil Braendeland imzalayıblar.

Görüşdə İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutilio da iştirak edib.

Xatırladaq ki, bu ilin martında "Azərkimya" İB-nin Etilen-polietilen zavodunun yenidən qurulması çərçivəsində birliklə "Tecnip İtaly" şirkəti arasında detallı mühəndislik və təchizata dəstək xidmətləri üzrə işlərə dair müqaviləsi imzalanıb.

Görüşdə şıxış edən R. Abdullayev həyata keçiriləcək yenidənqurma işlərindən bəhs edib. O bildirib ki, görüləcək tədbir çərçivəsində mövcud texnoloji qurğular modernləşdiriləcək, yeni qurğular inşa olunacaq. O qeyd edib ki, bunun nəticəsində birliyin istehsal güücü artacaq, polipropilen və polietilen qurğuları xammalla təmin ediləcək, ölkənin bu məhsullara təlabatı ödəniləcək, ixrac potensialı artacaq.

R. Abdullayev bildirib ki, texnoloji prosesin stabil və təhlükəsiz istismarı gücləndiriləcək, xam mal və hazır məhsulların keyfiyyəti yüksələcək.

M. Villa bildirib ki, işlər mərhələli olaraq 2018-19-cu ilə qədər davam etdiriləcək: "Yenidənqurma layihələrinin mürəkkəbliyi nəzərə alınaraq Azərbaycanda neft-qaz və neft-kimya sektorunda kəşfiyyat, hasilat, emal və nəqliyyatla bağlı işlər, mühəndislik, texniki təchizat, satınalma, tikintiyə nəzarət, layihənin idarə edilməsi, müqavilələrə nəzarət, yoxlama xidmətləri, təlimlər, yerli personalın biliyinin yoxlanılması və ekspertizası, layihənin icra qrafikinə nəzarətin yerinə yetirilməsi, podratşılara nəzarət və idarə etmə sahələrində böyük təcrübəyə malik və "SOCAR-KBR" layihənin idarəsi üzrə podratçı qismində işlərə cəlb olunub".

bütün xəbərlər





BİZƏ QOŞULUN!
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
VALYUTA MƏZƏNNƏSİ
  21/02/2020 22/02/2020
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



      Caspian Oil & Gas Conference is Copyright © 2000-2020 Bütün hüquqlar qorunur. Hosted by VebTek