Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

03.06.2016 15:27

Konfransın informasiya dəyəri

Ceremi Hak, “Nobel Upstream” şirkətinin Baş icraçı direktoru

– Şübhəsiz ki, bazarın hər bir böyük iştirakçısı üçün müxtəlif şirkətlər haqqında xəbərləri, işlərin vəziyyətini öyrənmək çox faydalıdır. Bu baxımdan, “Xəzər Neft və Qaz” konfransı çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) nümayəndələri maraqlı hesabatlarla çıxış edirlər və şirkətin plan və perspektivləri xüsusi maraq doğurur. Bu forum isə bizim sektorda fəaliyyət göstərən bütün mütəxəssislərlə ünsiyyət qurmaq üçün yaxşı imkan yaradır.

Bizim şirkət “Şahdəniz 2” layihəsi ilə əlaqədar böyük layihələrdə iştirak etmir. Hazırda biz Azərbaycanda iki əsas istiqamət üzrə fəaliyyət göstəririk. İlk növbədə, şirkət quruda neft hasilatı imkanlarını öyrənir. Biz bu gün sektorun perspektivli inkişafını müəyyən etmək məqsədi ilə geoloji kəşfiyyat məlumatlarını öyrənirik. İkincisi, biz artıq xeyli müddətdir ki, “Ümid” yatağının işlənməsi üzrə layihədə iştirak edirik. Məlum olduğu kimi, Xəzər dənizinin cənub hövzəsində yerləşən bu qaz yatağı Azərbaycanın ən böyük təbii qaz yataqlarından biridir. Bizim şirkət bu yatarın parlaq gələcəyinə kömək etmək üçün bütün zəruri işləri həyata keçirir.

 

bütün xəbərlər





BİZƏ QOŞULUN!
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
VALYUTA MƏZƏNNƏSİ
  23/01/2022 24/01/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



      Caspian Oil & Gas Conference is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek