Baş xəbərlər07.03.2016 10:02 Davudoğlu Ruhani ilə görüşdə İranın TANAP-a qoşulmasını müzakirə edəcək
Türkiyənin baş naziri Əhməd Davudoğlu bu gün İrana səfər edəcək. "APA-Economics" Türkiyə mətbuatına istinadən xəbər verir ki, səfər çərçivəsində Ə. Davudoğlu İran prezidenti Həsən Ruhani görüşəcək. Səfər çərçivəsində 5 sənədin imzalanması gözlənilir. Bildirilir ki, tərəflər investisiya qoyuluşu, energetika, Suriyada baş verənlərlə bağlı danışıqlar aparacaq. Bununla yanaşı, rəsmi Ankara İrandan nəql olunan qazın qiymətinin endirilməsi təqdirdə idxalatı artıra biləcəyin ortaya qoyacaq. Üstəgəl, görüşdə İranın Trans-Anadolu Boru Kəməri layihəsinə (TANAP) qoşulması da müzakirə predmeti olacaq. "Ölkələrin siyasi rəhbərliyi İran qazının TANAP vasitəsilə Türkiyə üzərindən Avropaya nəql olunması məsələsini müzakirə edəcək", - deyə mətbuat yazır.
bütün xəbərlər
|