Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

18.01.2016 16:56

Nazir: “2015-ci ildə Azərbaycan neft hasilatında sabitliyi, qaz hasilatında isə artımı təmin edib”

2015-ci ildə Azərbaycan neft hasilatında sabitliyi, qaz hasilatında isə artımı təmin edib.

“APA-Economics”in məlumatına görə, bunu “Respublika” qəzetində dərc olunan məqaləsində Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib.

Onun sözlərinə görə, 2015-ci il ərzində respublikada 40,7 mln. ton proqnoza qarşı 41,6 mln. ton neft hasil edilib, hasil olunan neftin 31 mln. tonu (867,0 min ton proqnozdan çox) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun, 2,3 mln. tonu “Şahdəniz”in (kon-

densat), 8,2 mln. tonu isə SOCAR-ın payına düşüb.

Nazir bildirib ki, ötən il respublikadan 35,1 milyon ton neft ixrac edilmiş, ulu öndər Heydər Əliyevin müdrikliyi və böyük siyasi iradəsi sayəsində inşa edilmiş Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri Azərbaycan neftinin nəqlində yenə də müstəsna rol oynayıb: “Gündəlik ötürmə gücü 1,2 mln. barel olan boru kəməri vasitəsilə hazırda AÇG nefti və “Şahdəniz” kondensatından əlavə, Türkmənistan və Qazaxıstan mənşəli neft də nəql olunmaqdadır”.

N. Əliyev bildirib ki, Azərbaycanda ümumi qaz hasilatı isə 2015-ci ildə 29,1 mlrd. kubmetr həcmində qərarlaşıb: “Bunun 22,2 mlrd. kubmetri AÇG (12,3 mlrd. kubmetr) və “Şahdəniz” ( 9,9 mlrd. kubmetr) yataqlarının payına düşür. Beləliklə, “Şahdəniz” yatağından il üzrə nəzərdə tutulandan 14,2 mln. kubmetr artıq təbii qaz çıxarılıb. Hazırda Azərbaycanda gündəlik, təqribən, 120 min ton neft və 89 mln. kubmetr qaz hasil edilir ki, bu da dənizdə və quruda istismar edilən yataqlardan, həmçinin xarici şirkətlərlə birgə işlənən “Şahdəniz”, “Azəri-Çıraq-Günəşli” və “Ümid” yataqlarından əldə olunur”.

N. Əliyev deyib ki, gələn il üçün proqnozlaşdırılan qaz hasilatı isə SOCAR üzrə 6,3 mlrd. kubmetr, “Şahdəniz” üzrə 10,1 mlrd. kubmetr, AÇG üzrə 12,9 mlrd. kubmetr civarında müəyyənləşdirilib.

bütün xəbərlər





BİZƏ QOŞULUN!
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
VALYUTA MƏZƏNNƏSİ
  23/01/2022 24/01/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



      Caspian Oil & Gas Conference is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek