Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

15.02.2013 12:23

Azərbaycan qazının 2019-cu ildə Avropaya çatdırılması planlaşdırılır

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan «Şahdəniz» yatağının işlənməsi layihəsinin ikinci fazası çərçivəsində hasil olunan təbii qazı artıq 2019-cu ildə Avropaya çatdırmağı planlaşdırır.

APA -nın məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Elşad Nəsirov bildirib.

Bu məqsədlə «Şahdəniz» konsorsiumuna daxil olan şirkətlər bu ilin oktyabr ayında müvafiq investisiya qərarı verməlidir: «Bunun nəticəsində 2018-ci ilə qədər «Şahdəniz-2» layihəsini reallaşdıra bilərik və 2019-cu ildə qazı Avropaya çatdıra bilərik».

 

E.Nəsirov deyib ki, Avropa özünün qazla təminatı məsələsinə siyasi məsələ kimi baxır: «Amma həm ARDNŞ, həm də konsorsiuma daxil olan şirkətlər bu məsələyə siyasi sövdələşmə kimi deyil, kommersiya əməkdaşlığı kimi yanaşır».

ARDNŞ vitse-prezidenti bildirib ki, qaz ixracatı ilə bağlı gündəmdə olan TANAP layihəsindən başqa, Azərbaycan eyni zamanda digər qaz kəmərləri ilə də ixracatın aparılmasında maraqlıdır: «Nabucco», TAP və digər qaz kəmərləri ilə də nəql etməyə maraq göstəririk. Artıq bununla bağlı müvafiq sazişlər imzalanıb».

E.Nəsirov onu da əlavə edib ki, bu ilin iyul ayında Azərbaycan qazının Bolqarıstan və İtaliya vasitəsi ilə də Avropaya nəqli ilə bağlı qərar verilə bilər.

bütün xəbərlər





BİZƏ QOŞULUN!
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
VALYUTA MƏZƏNNƏSİ
  10/04/2021 11/04/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



      Caspian Oil & Gas Conference is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek