Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

16.10.2015 13:20

Beynəlxalq Bankdan götürülən 1,86 mlrd. manatlıq kreditin ilk tranşı yaxın günlərdə alınacaq

SOCAR Azərbaycan Beynəlxalq Bankından 1 mlrd. 860 mln. manat məbləğində götürəcəyi kreditin ilk tranşını yaxın günlərdə alacaq.

"APA-Economics"in məlumatına görə, bunu SOCAR-ın İqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.

Vitse-prezidentin sözlərinə görə, bu vəsaitin 1 mlrd. 260 mln. manatı Heydər Əliyev adına Bakı Neft Emalı zavodunun yenidən qurulmasına, 600 mln. manatı isə "Bulla", "Günəşli" yataqlarında neft-qaz quyularının qazılması üçün istifadə olunacaq. "Birinci tranşın əldə olunması üçün tələb olunan sənədləşmələr yekunlaşmaq üzrədir. Birinci tranşdan qazma işlərinə 200 milyon manat yönələcək. Bundan başqa, Neft Emalı zavodunun rekonstruksiyası üçün 50-60 milyon manat xərclənəcək", - deyə S. Qasımov qeyd edib.

S. Qasımov əlavə edib ki, bununla bağlı artıq Nazirlər Kabinetinin sərəncamı var, Maliyyə Nazirliyi əməliyyata dövlət zəmanəti verib.

Onun sözlərinə görə, kredit 10 illik müddətə güzəştli şərtlərlə verilib.

bütün xəbərlər





BİZƏ QOŞULUN!
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
VALYUTA MƏZƏNNƏSİ
  11/08/2022 12/08/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



      Caspian Oil & Gas Conference is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek