Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

24.08.2015 09:52

"Şahdəniz"də qaz hasilatı bərpa edilib

Dünən axşam "BP-Azerbaijan" şirkətiXəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz kondensatı yatağında qazın hasilatını bərpa edib.

“Report” xəbər verir ki, bu barədə “Reuters”ə açıqlamasında “BP-Azerbaijan”ın mətbuat katibi Tamam Bayatlı deyib: “Biz artıq ötən gecədən etibarən “Şahdəniz” yatağındakı platformadan qaz hasilatını bərpa etmişik. Onun tam gücü ilə işlənilməsi prosesi mərhələli şəkildə həyata keçiriləcək".

T.Bayatlı işlərin nəzərdə tutulmuş vaxtdan tez yekunlaşdığını da bildirib: “Profilaktik işləri nəzərdə tutulmuş vaxtdan daha tez yekunlaşdırmışıq. Bununla yanaşı, sınaq prosesi də uğurla baş tutub və bundan sonra qazın hasilatı bərpa edilib”.

Xatırladaq ki, platformada aparılan profilaktik işlərlə əlaqədar olaraq avqustun 2-də "Şahdəniz"də qaz hasilatı dayandırılmışdır.

bütün xəbərlər





BİZƏ QOŞULUN!
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
VALYUTA MƏZƏNNƏSİ
  11/08/2022 12/08/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



      Caspian Oil & Gas Conference is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek