Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

24.08.2015 09:51

İran OPEC-in növbədənkənar iclasının keçirilməsini dəstəkləyir

İran Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) təcili iclasının keçirilməsi ilə bağlı təklifləri dəstəkləyir. "Report"un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə İranın neft naziri Bican Namdar Zangene Böyük Britaniyanın xarici işlər naziri Filip Hammondu (Phillip Hammond) Tehranda qəbul edərkən deyib.

Məlumata görə, OPEC-in növbəti iclasının dekabrın 4-də keçirilməsi nəzərdə tutulur.

Nazir qeyd edib ki, təşkilatın iclası neftin qiymətinin enməsini dayandırmaq baxımından effektiv ola bilər. O əlavə edib ki, İran dünya bazarında payını itirməmək üçün istənilən vasitə ilə neftin hasilatını artırmaq niyyətindədir.

Qeyd edək ki, OPEC-in 27 noyabr 2014-cü il qərarına görə, gündəlik neft istehsalı 30 mln. barel həcmində məhdudlaşdırılıb.

bütün xəbərlər





BİZƏ QOŞULUN!
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
VALYUTA MƏZƏNNƏSİ
  10/04/2021 11/04/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



      Caspian Oil & Gas Conference is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek