Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

24.08.2015 09:50

Monteneqro TAP-a qoşula bilər

Monteneqronun Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinə qoşulması məsələsi avqustun sonunda Vyanada (Avstriya) Balkan ölkələrinin rəsmilərinin görüşündə müzakirə ediləcək. "Report" xəbər verir ki, bu barədə Monteneqronun "Dnevne Novine" gündəlik qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, bu kəmərin tikintisi təkcə Monteneqro deyil, bütün region ölkələri üçün əhəmiyyətlidir: "Monteneqro TAP-ın qolu ilə əlaqələndiriləcək".

Qeyd edək ki, Adriatik-İon dənizləri Qaz Kəmərinin Bosniya və Herseqovina və Monteneqro vasitəsilə Xorvatiyadan Albaniyaya çəkilməsi üçün 700 mln. avro tələb olunur.

Xatırladaq ki, TAP layihəsində BP, SOCAR və "Statoil"in hər birinin 20%, "Fluxys"in 19%, "Enagas"ın 16% və "Axpo"nun 5% iştirak payı var.

bütün xəbərlər





BİZƏ QOŞULUN!
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
VALYUTA MƏZƏNNƏSİ
  08/05/2021 09/05/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



      Caspian Oil & Gas Conference is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek