Baş xəbərlər04.06.2015 17:45 Biz bazarda fəaliyyət göstərən iri şirkətlərin inkişaf strategiyalarını öyrənirik
Yelena Falaleyeva, “AccionaInfraestructuras” şirkətində Şərqi Avropa və Asiyada biznesin inkişafı departamenti - Bu konfransın faydası danılmazdır, belə ki, sözügedən tədbir böyük şirkətlərin nümayəndələri ilə birbaşa danışıqlar aparmağa və gələcək əməkdaşlıq üçün təmas nöqtələrini tapmağa imkan verir. Ənənəvi konfrans hazırda həyata keçirilən meqa-layihələr barədə bütün iştirakçılara geniş məlumat verən ən mühüm regional tədbirdir. Bununla yanaşı, tədbir ARDNŞ kimi şirkətlərin inkişaf üzrə strateji planlarına dair informasiya əldə etməyə imkan verir. Dünya bazarında böyük iş təcrübəsinə malik olan bizim şirkət üçün böyük şirkətlərin mühüm layihələrin həyata keçirilməsi üzrə gələcək inkişaf planlarını öyrənmək çox vacibdir. Şirkətimiz inşaat sahəsi ilə məşğuldur və buna görə də bizi dünya bazarını enerji resursları ilə təmin etmək məqsədi ilə çəkilən yeni marşrutlar üzrə neft-qaz layihələri maraqlandırır. Mən konfransın bütün iştirakçılarına biznesdə uğur və müvəffəqiyyətlər arzulayıram!
bütün xəbərlər
|