Baş xəbərlər04.06.2015 16:54 Bir çox nümayəndə üçün faydalı təcrübə
Mark MakKrori, “Shell Business Development International B.V.” şirkətinin Azərbaycan və Türkmənistan üzrə direktoru – Ənənəvi “Caspian Oil and Gas” konfransı təkcə Azərbaycanın neft-qaz sektoru üzrə deyil, həm də bütövlükdə region üzrə çox faydalı təcrübə qazanmağa imkan yaradır. Konfransda əsas şirkətlərin nümayəndələri, eləcə də Azərbaycanın neft-qaz sektorunda mühüm rol oynayan tərəflər iştirak edir. Mən bu gün sərgidə özüm üçün çox faydalı məlumatlar əldə etməklə yanaşı, yeni və maraqlı insanlarla, habelə şirkətlərin nümayəndələri və sənaye mütəxəssisləri ilə görüşdüm. “Caspian Oil and Gas” konfransı çərçivəsində səsləndirilən prioritetlərə müxtəlif aspektlərdən, o cümlədən enerji təhlükəsizliyi prizmasından yanaşmaq olar. Digər tərəfdən, resurs və müxtəlif texniki istiqamətlərin inkişaf etdirilməsi kimi mövzular da Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir.
bütün xəbərlər
|