Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Baş xəbərlər

02.06.2015 16:22

İlham Əliyev London şəhərinin Lord merinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Böyük Britaniyanın London şəhərinin Lord meri Alderman Alan Yarrounun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

London şəhərinin Lord meri Alderman Alan Yarrou ölkəmizdə gedən sürətli inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını dedi. O, birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin önəmini qeyd etdi. Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgisi və konfransında iştirak edəcəyini bildirən Alderman Alan Yarrou tədbirdə ölkəsinin Baş naziri adından çıxış edəcəyini vurğuladı.

Dövlətimizin başçısı ölkələrimiz arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə yaxşı tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu dedi. Prezident İlham Əliyev Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgisi və konfransının artıq ənənəvi olaraq hər il keçirildiyini və tədbirə marağın ildən-ilə artdığını məmnunluqla qeyd edərək Böyük Britaniya Baş nazirinin sərgi və konfransa göstərdiyi diqqəti yüksək qiymətləndirdi. Son illər ölkəmizdə gedən sürətli inkişaf proseslərinə toxunan dövlətimizin başçısı paytaxtda böyük quruculuq işlərinin həyata keçirildiyini, müasir infrastrukturun və istirahət obyektlərinin yaradıldığını bildirdi.

Görüşdə ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsində bp-nin xüsusi rolu vurğulandı və əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu diqqətə çatdırıldı.

bütün xəbərlər





BİZƏ QOŞULUN!
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
VALYUTA MƏZƏNNƏSİ
  10/04/2021 11/04/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



      Caspian Oil & Gas Conference is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek