Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





15.04.2015 17:04

Xəzər Neft və Qaz konfransında dünyanın 30-dan çox ölkəsindən 500 nəfərdən çox nümayəndə iştirak edəcəkdir

2-5 iyun tarixində Bakı Ekspo Mərkəzində Xəzəryanı regionunun energetika sektorunun ən böyük tədbiri sayılan 22-ci Azərbaycan Beynəlxalq “Xəzər Neft və Qaz 2015” (“Caspian Oil and Gas 2015”) sərgi və konfransı keçiriləcək. Regionda neft-qaz sənayesinin əsas hadisəsi olan və beynəlxalq müstəvidə tanınmış platforma sayılan bu sərgi və konfrans iyirmi ildən çoxdur ki, Xəzər regionunun əsas neft-qaz layihələrini və enerji təhlükəsizliyinin təminatını müzakirə etmək üçün ən yüksək səviyyəli rəhbərləri bir araya gətirir. “Caspian Oil and Gas” layihəsinə Azərbaycan Respublikası Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən dəyərli dəstək göstərilir.

“Caspian Oil and Gas” neft-qaz sərgisində 250-dən çox şirkət iştirak edəcək. Bakı Ekspo Mərkəzinin üç pavilyonunu və xarici meydançasını əhatə edən sərginin ekspozisiyası aşağıdakı tematik bölmələrdən ibarətdir: neft hasilatı və enerji resurslarının nəqli sahəsində innovasiyalı texnologiyalar, neft və qazın saxlanması üçün sistemlərin təmin edilməsi, regionda mövcud və gələcək neft-qaz layihələri və s.  Artıq sərgi və konfransın builki sponsorları arasında SOCAR, AZFEN J.V., Azeri M-I Drilling, Baker Hughes, Bos Shelf MMC, BP, Caspian Drilling Company, Caspian Geophysical, Caspian Marine Services, Caspian Pipe Coatings, Chelpipe, Cross Caspian, Dentons, Global Energy, Inpex, RussNeft, TPAO, Tekfen Construction, Total, Schlumberger və s. şirkətlər var. Sərgi və konfransın baş media tərəfdaşı isə “Caspian Energy International Media Group” şirkətidir.

İlk dəfə olaraq sərgi çərçivəsində BP şirkətinin sponsorluğu ilə “Nobel qardaşları və Bakı nefti. Mükafat” mövzusunda bədii ekspozisiyanın nümayişi təşkil olunacaq. Nobel qardaşlarına məxsus olan neft şirkətinin Azərbaycandakı fəaliyyətinin 135 illiyinə həsr edilmiş bu rəsm kolleksiyası Azərbaycan Milli İncəsənət Muzeyinin təklifi və “Caspian Oil and Gas” sərgisinin təşkilatçısı “Iteca Caspian” şirkətinin təşəbbüsü ilə yaradılmışdır.

İşgüzar proqramın mühüm tərkib hissələrindən biri də Beynəlxalq “Caspian Oil and Gas” konfransıdır. Bu il konfrans 3-4 iyun tarixində “JW Marriott Absheron Baku” otelində təşkil olunacaq. Hər il keçirilən bu konfransda dünyanın 30-dan çox ölkəsindən 500 nəfərdən çox nümayəndə iştirak edəcəkdir. Builki konfransda dövlət strukturlarını təmsil edən 50-dən çox nümayəndənin, eləcə də müxtəlif dünya ölkələrindən aparıcı neft-qaz ekspertlərinin və iri neft-qaz şirkətlərini təmsil edən rəhbərlərin çıxışı gözlənilir.

Sərgi və konfransın təşkilatçıları qismində isə “Iteca Caspian LLC” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group Plc” şirkətləri çıxış edirlər.

bütün xəbərlər





BİZƏ QOŞULUN!
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
VALYUTA MƏZƏNNƏSİ
  25/09/2022 26/09/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



      Caspian Oil & Gas Conference is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek