Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





22.07.2013 14:17

“Caspian Oil and Gas” sərgi və konfransın yekunları

İyun ayının 4-dən 7-dək Bakı Ekspo Mərkəzində Beynəlxalq “Xəzər Neft və qaz, Neftayırma və Neft kimyası” (“Caspian Oil and Gas”) sərgi və konfransı keçirildi. Xəzəryanı regionunun neft-qaz sahəsində ən böyük tədbiri 20 illik yubileyini təntənə ilə qeyd etdi. Bu il “Caspian Oil and Gas” sərgisinin yubileyi əlamətdar bir tarix - Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə üst-üstə düşdü. İlk sərgi 1994-cü ilin sentyabr ayında Xəzər hövzəsində karbohidrogen ehtiyatlarının genişmiqyaslı işlənilməsi üzrə əsas istiqamətləri müəyyən edən və respublikanın neft tarixində yeni dövrün əsasını qoymuş “Əsrin müqaviləsi”nin imzalanması ərəfəsində keçirilib. Həmin dövrdə Ümummilli lider Heydər Əliyev bu sərgini “dünya neft-qaz şirkətlərini ölkənin neft-qaz sahəsinin inkişafına cəlb etmək üçün münasib platforma” hesab edərək, Azərbaycanda neft-qaz sənayesi üzrə ilk ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü dəstəkləmişdir. Həmin vaxtdan etibarən, “Caspian Oil and Gas” sərgisi neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı meydançaya çevrilib. Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) isə “Caspian Oil and Gas” layihəsinə əvəzsiz dəstək göstərirlər.

Sərginin təntənəli açılış mərasiminə ənənəvi olaraq rəhbərlik edən Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev tədbirin bütün iştirakçıları və qonaqlarını, habelə sərgi təşkilatçılarını əlamətdar yubiley münasibətilə təbrik etdi. Azərbaycanın neft-qaz sənayesinin inkişafı fonunda sərginin daşıdığı əhəmiyyəti lazımınca qiymətləndirməməyin mümkünsüzlüyünü vurğulayan dövlət başçısı qeyd etdi ki: “20 il ərzində Azərbaycan böyük bir yol keçərək energetika sektorunda mühüm nailiyyətlər əldə etmişdir. 1994-cü ildə imzalanmış müqavilə əbəs yerə “Əsrin müqaviləsi” adlandırılmayıb. Bu gün, yəni 21-ci əsrdə isə biz həmin sənədi “İki əsrin müqaviləsi” adlandıra bilərik. Çünki “Azəri-Çıraq-Günəşli” yataqları üzrə həmin razılaşma bu gün də öz aktuallığını itirmir”. Bu baxımdan, öz ekspozisiyasında iki əsrin reallıqlarını əks etdirməyi bacarmış və ölkədə tarixi dəyişikliklərin simvoluna çevrilmiş “Caspian Oil & Gas 2013” sərgisinin bu mühüm xidməti də diqqətə layiqdir.

Daha sonra ABŞ-ın Azərbaycandakı səfiri cənab Riçard Morninqstar Amerika Birləşmiş Ştatları Prezidenti cənab Barak Obamanın məktubunu oxudu. Azərbaycanın prezidentinə və xalqına ünvanlanmış bu məktubda ABŞ prezidenti Bakıda 20-ci “Xəzər Neft və Qaz” sərgisinin keçirilməsi ilə əlaqədar ən səmimi arzularını çatdıraraq, qazın Avropaya təchizində Azərbaycanın aparıcı rolunu xüsusilə vurğuladı. Azərbaycanla ticarətin inkişafı üzrə Böyük Britaniya Baş nazirinin xüsusi diplomatik elçisi cənab Çarlz Hendri isə Baş nazir Devid Kemeronun salamlama məktubunu oxudu.

Sərginin açılış mərasimində həmçinin Gürcüstanın energetika naziri cənab Kaxa Kaladze, Azərbaycanla ticarətin inkişafı üzrə Böyük Britaniya Baş nazirinin xüsusi diplomatik elçisi cənab Çarlz Hendri, İsveç Ticarət Nazirliyinin Dövlət Katibi cənab Qyunnar Oom, Energetika Xartiyasının Baş Katibi cənab Urban Rusnak, Türkmənistanın neft-qaz sənayesi və təbii ehtiyatlar nazirinin müavini cənab Annageldi Mammetyazov, İranın neft nazirinin müavini cənab Ovni və digər şəxslər də iştirak etdilər. “VIP”-tur zamanı yüksək səviyyəli qonaqlar sərginin əsas bölümləri ilə tanış oldular, habelə ARDNŞ, “BP”, “Statoil”, “Total”, “Saipem”, “RusNeft”, “Caspian Drilling Company”, “TPAO”, “Halliburton”, “ABEMDA”, “OMV” və digər şirkətlərinin stendləri ilə tanış oldular.

Yubiley sərgi dünyanın 28 ölkəsindən 386 iştirakçını bir araya gətirərək dövlət xadimləri, sənaye sahibləri və biznesmenlərin çoxsaylı salamlama və təbriklərini qəbul etdi. Sərgi Bakı Ekspo Mərkəzinin 3 pavilyonunda, eləcə də komplekslə yanaşı açıq meydançada keçirildi. Almaniya, Çin, Rusiya, Türkiyə və Böyük Britaniya kimi 5 ölkə sərgidə öz milli qrupları ilə təmsil olundular. Ötən il ilə müqayisədə sərgi meydançalarının həcmi 22%, eksponentlərin ümumi sayı isə 25% artdı. Daha öncə Azərbaycan bazarında fəaliyyət göstərməyən yeni şirkətlər ümumi iştirakçıların 20%-ni, yerli şirkətlər isə 30%-ni təşkil etdilər.

Sərgi sponsorlarının rekord sayı da tədbirin statusunu bir daha vurğuladı (20 sponsor şirkət). “Caspian Oil & Gas-2013” sərgisinin Baş sponsoru Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), Qızıl sponsorları isə “BP Azerbaijan” və “Statoil” şirkətləri idi. Sərginin digər sponsorları arasında “Axpo Trading”, “Azfen-Tekfen”, “Azeri MI Drilling Fluids”, “BNP Paribas”, “Bos Shelf”, “Caspian Drilling Company”, “Caspian Marine Services”, “Cross Caspian Oil and Gas Logistics”, “IHS Global Ltd”, “Interpipe”, “McDermott Caspian Contractors, Inc.”, “Nabucco”, “Nobel Oil”, “RussNeft”, “RWE”, “Siveco Romania” və “TexnoProm” şirkətləri də yer alırdı. Sərgi və konfransın Baş media tərəfdaşı qismində isə “Caspian Energy International Media Group” şirkəti çıxış edirdi.

Sərgi çərçivəsində 4 iyun tarixində həmçinin “BP” şirkəti və onun tərəfdaşlarının “Alıcılarla tanış olun” (“Meet the Buyer”) şüarı altında keçirdiyi tədbirin açılış mərasimi keçirildi. Bu tədbirdə istismar təminatı, mühəndis-texniki işlər, tikinti, maddi-texniki təchizat, tullantıların toplanması və utilizasiyasının təşkili, habelə müxtəlif işgüzar xidmətlərin göstərilməsi sahələrində ixtisaslaşan 90-a yaxın şirkət iştirak edir.

Sərginin işgüzar proqramını neft-qaz sahəsini təmsil edən nümayəndələrin geniş auditoriyası üçün aktual seminarlar tamamladı. Belə ki, “Yeni ölçmə texnologiyaları və kollektorların kalibrasiyasında onların nəticələrinin təhlili” (təşkilatçı: “Ukrmetrteststandart” şirkəti), “TOFD” üsulu - əsas prinsiplər, standartlar, üstünlüklər və işçi heyətin sertifikatlaşdırılması” (təşkilatçı: “Belqazpromdiaqnostika” Unitar Müəssisəsi), “MAGNATECH avtomatik qaynaq kompleksi” (təşkilatçı: “Maqnatek” şirkəti) və “Qrako şirkətinin yanğın əleyhinə passiv mühafizə üsulları” (təşkilatçı: “GRACO” şirkəti) mövzularında seminarlar keçirildi.

Sərginin ikinci iş günündə, yəni 5 iyun tarixində bu il “Jumeirah Bilgah Beach Hotel” mehmanxanasında keçirilən ənənəvi konfrans öz işinə başladı. Konfransda 600-dən artıq nümayəndə iştirak etdi və 50-dən çox spiker məruzələrlə çıxış etdi. Konfransda “Avrasiya üçün enerji təchizatının və enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu”, “Hasilatın artırılması və diversifikasiyası sahəsində beynəlxalq əməkdaşlıq”, “Geoloji tədqiqat və Azərbaycanın karbohidrogen ehtiyatları potensialının genişləndirilməsi”, “Yataqların işlənilməsi üzrə əsas layihələr: şelf infrastrukturları üzrə innovasiyalar”, “Azərbaycanda neft-kimya və neft emalı potensialının inkişafı”, “Maye qazların inkişafı, emalı və nəqli sahəsində yeni təmayüllər” və “Ətraf mühit və sənaye təhlükəsizliyi standartlarının artırılması” mövzuları müzakirə olundu.

Bu ilki konfrans üçün də rekord sayda sponsor qeydə alınıb (ümumilikdə 23 sponsor şirkət). Belə ki, konfransın Baş sponsoru Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), Qızıl sponsorları isə “BP Azerbaijan” və “Statoil” şirkətləri idi. Konfransın digər sponsorları arasında “Axpo Trading”, “Bakcell”, “BNP Paribas”, “Caspian Geophysical JV”, “ConocoPhillips”, “Cross Caspian Oil and Gas Logistics”, “Dentons”, “Ernst&Young”, “IHS Global”, “Inpex”, “Interpipe”, “Nabucco”, “Nexans”, “Nobel Oil”, “RWE”, “Siveco Romania”, “TAP”, “TexnoProm”, “Total” və “Wartsila” şirkətləri yer alırdı. Konfransın rəsmi hava daşıyıcısı isə “Ukrayna Beynəlxalq Hava Yolları” şirkəti idi.

Yubiley sərgi iştirakçıların rekord sayı, eskpozisiya sahəsinin genişliyi və konfransda iştirak edən spiker və nümayəndələrin sayı, eləcə də çoxsaylı sponsorları ilə yadda qaldı. Builki sərgidə sənayenin dünya miqyaslı nəhəngləri öz nailiyyətlərini parlaq şəkildə nümayiş etdirdilər. ARDNŞ, “BP”, “Total”, “Statoil”, “RussNeft”, “GEA”, “McDermott”, “Real Gaz”, “Atenau LTD”, Birləşmiş Mühərrikqayırma Korporasiyası, “Caspian Marine Services Limited” və s. şirkətlərin möhtəşəm stendləri öz müxtəlifliyi və eksponatlarının dizaynı ilə hamını valeh etdi. Ən fəal iştirakçılar xüsusi sertifikatlarla mükafatlandırıldılar. Ümumdünya Sərgi Sənayesi Assosiasiyası (UFI) tərəfindən keçirilən auditə əsasən, sərgini 8.406 nəfər ziyarət etdi ki, onların da 97%-i qərar qəbul etmək səlahiyyətinə malik mütəxəssis və şəxslər idi. Sərgi artıq ilk gündən etibarən öz səmərəliliyini nümayiş etdirdi. Belə ki, sərgi çərçivəsində “Caspian Drilling Company” və “Caspian Shipyards Company Ltd.” şirkətləri arasında altıncı nəsil yeni səyyar yarım-dalma qazma qurğusunun tikintisi ilə bağlı müqavilə imzalandı. İmzalanma mərasimində iştirak edən ARDNŞ Prezidenti cənab Rövnəq Abdullayevin sözlərinə görə, yarım-dalma qazma qurğusunun ümumi dəyəri (vergilərlə birlikdə) 1 milyard ABŞ dollarından çoxdur. Bu qurğu “Ümid” və “Babək” yataqlarında istismar ediləcək.

Bütün tədbirlər öz informasiya zənginliyi, koloriti və müxtəlifliyi ilə sərgiyə xüsusi təntənə və bayram abu-havası bəxş etdi. Parlaqlığı və kreativliyi ilə seçilən geniş reklam kampaniyası da bu abu-havaya öz töhfəsini verdi. Sərgiyə həsr olunan nəşrlərdə yubiley “Caspian Oil and Gas” sərgisi ilə bağlı materiallar dərc olundu. İlk olaraq, sərgi və konfransın rəsmi kataloqları və “Caspian Oil and Gas Daily News” (“Gündəlik xəbərlər”) qəzetinin xüsusi buraxılışlarını qeyd etmək lazımdır. “Caspian Oil and Gas” sərgisi ilə bağlı xəbərlər operativ şəkildə www.cog.az və www.oilgasconference.az vebsaytlarında yerləşdiriləcəkdir. Sərgi və konfransın bir çox illər ərzində informasiya tərəfdaşı olan “Caspian Energy International Media Group” şirkəti ilə yanaşı, “Caspian Energy” jurnalının da xüsusi buraxılışı “Caspian Oil and Gas” sərgisinə həsr olundu.

Təşkilatçılar tərəfindən əlavə proqramlar da planlaşdırılaraq həyata keçirilmişdir, belə ki, Ümummilli lider Heydər Əliyevin yubileyi münasibətilə 11 may tarixində sərgi və konfrans iştirakçıları ilə birlikdə Mərkəzi Botanika bağında nadir ağaclar və gül kolları əkilmişdir. Həmçinin, Ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmək üçün Bakı Ekspo Mərkəzində yubiley stendi yerləşdirilmişdir və bu stenddə ulu öndərin iştirakı ilə sərginin tarixi məqamları əks etdirilir. Hələ ötən ilki yubileydən etibarən təşkilatçılar neftçi peşəsini seçən ən yaxşı tələbələrə təqaüdlərin verilməsi ənənəsinin əsasını qoymuşlar. Bu il “Caspian Oil & Gas” illik təqaüdü Azərbaycan Dövlət Neft Akademiyasına ən yüksək balla daxil olmuş birinci kurs tələbəsi Gülay Məmiyevaya təqdim edildi. Mükafat 4 iyun tarixində sərginin açılışı münasibətilə “Buta Palace”-də keçirilən axşam ziyafəti zamanı təqdim edildi. Bakı Ekspo Mərkəzində sərgi iştirakçıları və ziyarətçilər neftlə şəkillər çəkən rəssam Sabir Çopuroğlunun və “Kids Art” rəssamlıq məktəbi yetirmələrinin unikal yaradıcılıq prosesi ilə tanış oldular. Həmçinin, 20 il ərzində sərgidə iştirak etmiş bütün şirkətlərə xatirə sertifikatları və suvenirləri təqdim olundu.

Bu gün haqlı olaraq “Caspian Oil & Gas” sərgisi əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Zati-aliləri İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilən neft strategiyasının uğuru hesab olunur. Təşkilatçılar əmindirlər ki, 20 illik bir müddəti arxada qoyan bu sərgi gələcəkdə də regionun neft sektoru üzrə nailiyyətlərinin vizit kartı, eləcə də işgüzar əlaqələrin qurulması və qarşılıqlı əməkdaşlıq naminə yeni perspektivlərin müəyyənləşdirilməsi üçün platforma olaraq qalacaq. Sərginin təşkilatçıları qismində Britaniyanın “ITE Group plc” şirkəti və onun tərəfdaşı “Iteca Caspian” MMC çıxış edirlər. Beynəlxalq şirkətləri Azərbaycan sərgisində iştiraka fəal şəkildə təşviq edən “ITE Group plc” şirkətinin tərəfdaşları - “ITE LLC Moscow” (Rusiya), “EUF” (Türkiyə), “GIMA” (Almaniya), “ITE China” (ÇXR) və “ITE Gulf” (BƏƏ) şirkətləri bu layihə üzərində işə cəlb olunmuşdular. “Iteca Caspian” şirkəti tərəfindən 2013-cü ildə keçirilən bütün sərgilərin təhlükəsizlik üzrə rəsmi tərəfdaşı “SafeLife” şirkətidir. Sərginin rəsmi otelləri qismində “Jumeirah Bilgah Beach Hotel” və “Qafqaz Poynt Hotel” mehmanxanaları, rəsmi turoperatoru qismində isə “Greenwich Travel Club” şirkəti çıxış edirlər.

bütün xəbərlər





BİZƏ QOŞULUN!
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
VALYUTA MƏZƏNNƏSİ
  23/01/2022 24/01/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



      Caspian Oil & Gas Conference is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek