Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Sənaye xəbərləri

13.09.2013 14:04

Ukraynada «SOCAR» yanacaqdoldurma məntəqələrinin sayı 2 dəfə artırılacaq

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti Ukraynada «SOCAR» brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin sayını 2 dəfə artıracaq. «APA-Economics»in məlumatına görə, bunu «SOCAR-Ukraine» şirkətinin rəhbəri Elçin Məmmədov bildirib.

 

Onun sözlərinə görə, «SOCAR-Ukraine» şirkəti Ukraynada «SOCAR» brendi ilə yanacaqdoldurma məntəqələrinin inşasını və bu sahə üzrə ölkədə lider mövqeyini tutmağa qarşısına məqsəd qoyub: «SOCAR» artıq Ukraynanın yanacaq bazarına daxil ola bilib və bu səbəbdən də biz yanacaqdoldurma məntəqələrinin sayını 2 dəfə artırmaq niyyətindəyik».

 

E.Məmmədov bildirib ki, bu ilin sonuna qədər Ukraynada «SOCAR» brendi ilə fəaliyyət göstərən YDM-lərin sayı 100-ə çatdırılacaq: «İlkin olaraq bunu hədəf seçmişik. İlin sonuna kimi «SOCAR» brendi altında Ukraynanın Kiyev, Lvov, Odessa, Nikolayev, Rovensk və Çerkask vilayətlərində də yeni yanacaqdoldurma məntəqələri açacağıq».

 

E.Məmmədov qeyd edib ki, sonrakı mərhələdə isə bu rəqəmin 120-yə çatdırılması planlaşdırılır: «Həmçinin, «SOCAR» brendi ilə Ukraynada yeni bazarlara çıxmağı və Jitomir, Xarkov və Dnepropetrovsk kimi vilayətlərdə də yanacaqdoldurma məntəqələrini açmağı düşünürük».

 

Qeydh edək ki, hazırda Ukrayna ərazisində 60 «SOCAR» YDM fəaliyyət göstərir.


bütün xəbərlər





BİZƏ QOŞULUN!
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
VALYUTA MƏZƏNNƏSİ
  23/01/2022 24/01/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



      Caspian Oil & Gas Conference is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek