Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Sənaye xəbərləri

06.09.2013 13:44

Azərbaycanın neft yataqlarının işlənməsində paya sahib olan Yaponiya şirkəti «Cənub axını» layihəsinə qoşulur

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) üzvü və «Əsrin müqaviləsi» sazişi çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən «Azəri, Çıraq, Günəşli» yataqlarının işlənməsində 4,3% iştirak payına sahib olan «Itochu» (Yaponiya) şirkəti regionda fəaliyyətini genişləndirir.

 

«APA-Economics»in «ITAR-TASS»a istinadən verdiyi məlumata görə, «Itochu» Rusiya təbii qazının Qara dənizin dibi ilə Türkiyəyə, oradan isə Avropaya nəql edəcək «Cənub axını» layihəsinə qoşulmaq niyyətindədir. Artıq bununla bağlı şirkət rəhbərliyi Rusiyanın «Qazprom» şirkəti ilə əməkdaşlığa başlayıb və «Itochu Corporation»ın rəhbəri Eydzo Kobayasi ilə «Qazprom» rəhbəri Aleksandr Miller arasında görüş keçirilib.

 

Belə ki, layihəsi çərçivəsində «Itochu» şirkəti inşaat işlərini tikintini boruları ilə təchiz edəcək.

 

Bundan başqa, görüşdə Yaponiya şirkətinin Rusiyanın Başqırdıstan Muxtar Respublikasında qaz-kimya istehsalı müəssisəsinin yaradılmasına cəlb edilməsi məsələləri də müzakirə olunub.

 

Qeyd edək ki, «Itochu» Azərbaycanda fəaliyyətini özünün «Itochu Oil Exploration (Azerbaijan) Inc.» törəmə şirkəti tərəfindən həyata keçirir və Azərbaycan bazarına çıxan ilk Yaponiya neft şirkəti olub.

bütün xəbərlər





BİZƏ QOŞULUN!
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
VALYUTA MƏZƏNNƏSİ
  23/01/2022 24/01/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



      Caspian Oil & Gas Conference is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek