Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Sənaye xəbərləri

23.12.2013 11:19

Böyük Britaniyanın xarici işlər naziri: “Şahdəniz-2” layihəsinin reallaşması Azərbaycana əlavə investisiyalar cəlb etməyə imkan verəcək”

Bakı. Viktoriya Dementyeva - APA. “Şahdəniz-2” layihəsinin reallaşması Azərbaycana əlavə investisiyalar cəlb etməyə, eləcə də Azərbaycanla Böyük Britaniya arasındakı möhkəm əlaqələri diversifikasiya etməyə imkan verəcək”.

APA-nın xəbərinə görə, bunu Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq Bakıda keçirilən “Şahdəniz-2” layihəsi üzrə yekun investisiya qərarının imzalanması mərasimində bildirib.

 

Onun sözlərinə görə, “Şahdəniz-2” layihəsinin inkişafı “Cənub dəhlizi”nin yaranmasına imkan verəcək ki, bu da Avropanın enerji təhlükəsizliyini təmin edəcək və yeni qaz mənbələrini təqdim edəcək.

 

Nazir “Cənub dəhlizi”nin genişlənməsinin mümkünlüyünü vurğulayıb: “Bu isə Yaxın Şərqdə enerji resursları mənbələrinə çıxış etməyə və Avropanın enerji təhlükəsizliyini daha da möhkəmləndirəcək”.

bütün xəbərlər





BİZƏ QOŞULUN!
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
VALYUTA MƏZƏNNƏSİ
  10/04/2021 11/04/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



      Caspian Oil & Gas Conference is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek