Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Sənaye xəbərləri

23.12.2013 11:10

SOCAR Qarsda “Heydər Əliyev və Türkiyə” mövzusunda inşa yazı qaliblərini mükafatlandırdı

Dekabrın 9-da Azərbaycanın Qars şəhərindəki baş konsulluğu tərəfindən Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş mərasim keçirilmişdir.Anım mərasimi Ulu Öndərin büstü önünə əklil və çiçək dəstələri qoyulması ilə başlamışdır. Daha sonra iki qardaş ölkənin himnləri səsləndirilmiş, Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Azərbaycanın Qarsdakı Baş Konsulu Ayxan Süleymanov, Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova və SOCAR Türkiyə Nümayəndəliyinin sosial layihələr meneceri Rizvan Əliyev öz çıxışlarında bu günün əhəmiyyətindən, Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycanın hərtərəfli inkişafındakı rolundan, Azərbaycan və Türkiyə dostluğuna verdiyi önəmdən danışmışlar. Daha sonra Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən qısa film nümayiş olunmuşdur.
Anım mərasimində Azərbaycanın Türkiyədəki səfirliyinin təşkilatçılığı və SOCAR-ın dəstəyi ilə təşkil olunmuş “Heydər Əliyev və Türkiyə” mövzusunda inşa yazı müsabiqəsində qalib gəlmiş Ərdahan və Kafkaz Universitetlərinin tələbələrinə SOCAR-ın Türkiyədəki nümayəndəliyi tərəfindən hədiyyə çekləri təqdim edilmişdir. Mərasimdə Qars valisi Eyüp Tepe, Qars bələdiyyə başqanın müavini Orhan Özyılmaz, Kafkaz Universitetinin rektoru professor Sami Özcan, Qars əmniyyət müdiri müavini Hayri Özcan, hakim “Ədalət və yüksəliş” partiyasının bölgə üzrə rəhbəri Ensar Erdoğdu, qeyri-hökumət təşkilatlarının nümayəndələri və tələbələr iştirak etmişlər.

bütün xəbərlər





BİZƏ QOŞULUN!
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
VALYUTA MƏZƏNNƏSİ
  23/01/2022 24/01/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



      Caspian Oil & Gas Conference is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek