Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Sənaye xəbərləri

28.10.2013 09:39

Bakıda Azərbaycan-Norveç enerji forumu keçiriləcək

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Norveçin Azərbaycandakı səfiri Erlinq Şönsberqi qəbul edib.

 

Sənaye və Energetika Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, görüşdə Azərbaycan və Norveç arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən, enerji sahəsində inkişafından məmnunluq ifadə olunub, əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu qeyd edilib.

 

Səfir E.Şönsberq Azərbaycan qazının Avropaya nəqli sahəsində müvafiq qərarların qəbul edilməsi və TANAP (Trans-Anadolu qaz kəməri) layihəsi çərçivəsində əməkdaşlığın davam etdirilməsinə ümid etdiyini vurğuluayıb. Görüşdə neft-qaz yataqlarının işlənməsi üzrə dünyada qabaqcıl şirkətlərdən biri olan «Statoil»un Azərbaycanla əməkdaşlığının müsbət nəticələr verdiyi barədə də fikirlər səsləndirilib.

 

Nazir N.Əliyev Azərbaycanın neft gəlirlərindən səmərəli istifadəsi barədə səfirə ətraflı məlumat verib və vurğulayıb ki, Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,2 trln. kubmetrdən artıqdır və bu, gələn onilliklər ərzində ölkəyə beynəlxalq bazarlarda qazın mühüm təchizatçısı olmaq imkanı yaradacaq.

 

Görüşdə N.Əliyevin Norveçə son rəsmi səfəri zamanı Osloda Norveçin neft və energetika naziri Ola Bortenlə keçirdiyi görüşün nəticələrinə də toxunulub. E.Şönsberq bildirib ki, Osloda hər iki nazirin əldə etdiyi razılaşmaya uyğun olaraq Norveç Neft və Energetika Nazirliyi Azərbaycan Sənaye və Energetika Nazirliyi ilə Əməkdaşıq Memorandumu imzalamağa hazırdır. Əməkdaşıq Memorandumunun layihəsi hazırda hər iki tərəfdən ekspertlər səviyyəsində müzakirə olunur və iş yekunlaşdıqdan sonra razılaşdırılmaq üçün aidiyyəti qurumlarla təqdim olunacaq.

 

Görüşdə oktyabrın 28-30-də Bakıda keçiriləcək «Norveç Günləri» tədbirinə də toxunulub. Razılığa gəlinib ki, «Norveç Günləri» çərçivəsində Azərbaycan Sənaye və Energetika Nazirliyi ilə birlikdə Enerji Forumu keçirilsin.

 

Həmçinin, görüşdə neft-qaz yataqlarının istismarı və təhlükəsizliyinə dair perspektiv layihələr ətrafında müzakirələr aparılıb.

bütün xəbərlər





BİZƏ QOŞULUN!
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
VALYUTA MƏZƏNNƏSİ
  23/01/2022 24/01/2022
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



      Caspian Oil & Gas Conference is Copyright © 2000-2022 Bütün hüquqlar qorunur. Hosted by VebTek