Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Sənaye xəbərləri

30.08.2013 10:31

“Azəriqaz” 4 ilə 22 min km-ə yaxın yeni qaz kəmərləri çəkib

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi istehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində fəaliyyətini davam etdirir.
SOCAR-ın mətbuat xidmətinin yaydığı məlumata görə, cari ilin yanvar-iyul ayları ərzində ölkə üzrə 5667,7 kilometr uzunluğunda yeni qaz kəmərləri çəkilmiş, 953,7 kilometr uzunluğunda kəmərdə isə əsaslı təmir işləri aparılmışdır.
Ümumilikdə, İstehsalat Birliyinin fəaliyyət götsərdiyi 2009-2013-cü illər ərzində 21825,4 kilometr uzunluğunda yeni qaz kəmərləri quraşdırılmışdır ki, bunun da 20634,6 kilometri regionların, 1008,1 kilometri Bakı şəhərinin, 182,7 kilometri isə magistral qaz kəmərlərinin payına düşmüşdür. Həmin müddətdə 6907,6 kilometr uzunluğunda qaz kəmərləri əsaslı təmir edilmişdir.

bütün xəbərlər





BİZƏ QOŞULUN!
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
VALYUTA MƏZƏNNƏSİ
  08/05/2021 09/05/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



      Caspian Oil & Gas Conference is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek