Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





Konfransa dair rəylər

İyirmi ildən artıq təcrübəsi olan “Xəzər Neft və Qaz” sərgi və konfransı qüvvələrimizi birləşdirməklə, bütün iştirakçılar arasında həqiqi qarşılıqlı anlaşma mühiti yaradır, geniş iqtisadi əlaqələrimiz üçün yeni üfüqlər açır. İnanıram ki, sərgi və konfransınız dünyada neft-qaz sahəsində gedən proseslər fonunda səmərəli əməkdaşlığa öz töhfəsini verəcək, mühüm görüş yeri olduğunu bir daha sübut edəcəkdir.


Ilham Əliyev

Azərbaycan Respublikasinin Prezidenti Zati-aliləri

 

Azərbaycan Avropanın enerji təhlükəsizliyini, infrastrukturunun diversifikasiyasını təmin edən yeni bir mənbə, eyni zamanda Şərqlə Qərb arasında körpü rolunu oynayan bir ölkədir. Hal-hazırda, Azərbaycan neft və qazın böyük istehsalçısıdır və gələcəkdə bu rolu qoruyub saxlamaq niyyətindədir. Keçən ilin göstəriçilərinə əsasən Azərbaycan ilə 29 milyard kubmetr qaz istehsal edib.
Təxmini hesablamalara görə, qaz istehsalat potensialı iki dəfəyə kimi artacaq və bununla yanaşı mavi yanacaq ixrac potensialı da armış olacaq.


Natiq Əliyev

Azərbaycan Respublikasının Energetika Naziri

 

Azərbaycan bu gün təbii qazla zəngin olan mənbə, eyni zamanda etibarlı neft təchizatçısı kimi əsas diqqət mərkəzindədir. Ölkəmizin enerji resursların kəşfiyatı, emalı, dunya bazarına nəqli, eləcə də regionda enerji təhlükəsizliyin təmin edilməsi məqsədilə həyata keçirilən geniş miqyaslı layihələri dunya bazarında mühüm yer tutur. Cənub Gaz dəhlizi layihəsinin istismara verilməsi Avropa bazarlarında böyük enerji potensialına malik olan və enerji resurslarının nəqli üçün əlverişli şərait yaradacaq.


Rövnəq Abdullayev

ARDNŞ-nin Prezidenti

 

Bu konfransın faydası danılmazdır, belə ki, sözügedən tədbir böyük şirkətlərin nümayəndələri ilə birbaşa danışıqlar aparmağa və gələcək əməkdaşlıq üçün təmas nöqtələrini tapmağa imkan verir. Ənənəvi konfrans hazırda həyata keçirilən meqa-layihələr barədə bütün iştirakçılara geniş məlumat verən ən mühüm regional tədbirdir. Bununla yanaşı, tədbir ARDNŞ kimi şirkətlərin inkişaf üzrə strateji planlarına dair informasiya əldə etməyə imkan verir.


Yelena Falaleyeva

“AccionaInfraestructuras” şirkətində Şərqi Avropa və Asiyada biznesin inkişafı departamenti

 

Ənənəvi “Caspian Oil and Gas” konfransı artıq uzun illərdir ki, keçirilir və hər il bu tədbirə ilk növbədə peşəkarlar tərəfindən yüksək maraq müşahidə olunur ki bu da konfransın nə dərəcədə əhəmiyyətli olduğunu göstərir. Hər tədbir belə böyük miqyası ilə fəxr edə bilməz. Bu il konfransı öz işinə başlayan kimi tədbirin nə dərəcədə yüksək statusa malik olması məlum oldu. Konfransda aparılan danışıqlar beynəlxalq miqyaslıdır və ilk məruzəçiləri (nazirlər, nazir müavinləri) dinləyən bütün iştirakçılar bunu yaxşı başa düşdülər.


David Tsitsişvili

“Georgian Oil and Gas Corporation” şirkətinin kommersiya departamentinin direktoru

 

Ənənəvi “Caspian Oil and Gas” konfransı sənayenin əsas aktual məsələlərinin müzakirəsi baxımından son dərəcə əhəmiyyətlidir. Tədbirin iştirakçıları konfransda müxtəlif şirkətlərin inkişafı və ən son nailiyyətləri barədə məlumat əldə etmək imkanı qazandılar. Biz burada bir sıra aktual məsələlər barədə digər sənaye sahələri və şirkətləri təmsil edən həmkarlarımızla təcrübə və fikir mübadiləsi apara bildik. Konfrans bizə bir sıra məsələlər barədə öz bilik və fikirlərinizi səsləndirmək, onları həmkarlarımıza çatdırmaq üçün ən yaxşı vasitələri təmin edir.


Rasim Əsgərov

“Global Maritime” şirkətinin Azərbaycan üzrə regional meneceri

 

Ənənəvi “Xəzər Neft və Qaz” konfransı müxtəlif ölkələri təmsil edən çoxsaylı nümayəndəni bir arada topladığı üçün regionun ən mühüm tədbirlərindən hesab olunur. Bu il “Caspian Oil and Gas” sərgi və konfransı xeyli sayda iştirakçını birləşdirir və bu da özü-özlüyündə müsbət amildir.


Tolqa Çeltekligil

“Metso” (Türkiyə) şirkətinin ölkə üzrə direktoru

 

Zənnimcə, neft-qaz sektoru Azərbaycan iqtisadiyyatının aparıcı sahəsidir, belə ki, məhz bu sahə əsas maliyyə gəlirlərini təmin edir. Bununla əlaqədar olaraq, ənənəvi “Caspian Oil and Gas” konfransı neft-qaz sənayesindəki cari layihələrin müzakirə edilməsi, eləcə də bir sıra vacib məsələlər çərçivəsində qarşılıqlı fəaliyyət baxımından mühüm əhəmiyyət kəsb edir. Bu tədbir irimiqyaslı layihələri həyata keçirən, habelə Azərbaycan və Xəzər akvatoriyasındakı yataqlarda neft-qaz hasilatı çərçivəsində əlaqə quran ölkə başçılarının görüşlərinin təşkili baxımından daha böyük əhəmiyyətə malikdir.


Svetlana Yankina

“САП СНГ” (MDB) şirkətinin əsas sifarişçiləri ilə iş üzrə direktoru

 

Ənənəvi “Caspian Oil and Gas” konfransı təkcə Azərbaycanın neft-qaz sektoru üzrə deyil, həm də bütövlükdə region üzrə çox faydalı təcrübə qazanmağa imkan yaradır. Konfransda əsas şirkətlərin nümayəndələri, eləcə də Azərbaycanın neft-qaz sektorunda mühüm rol oynayan tərəflər iştirak edir. Mən bu gün sərgidə özüm üçün çox faydalı məlumatlar əldə etməklə yanaşı, yeni və maraqlı insanlarla, habelə şirkətlərin nümayəndələri və sənaye mütəxəssisləri ilə görüşdüm.


Mark MakKrori

“Shell Business Development International B.V.” şirkətinin Azərbaycan və Türkmənistan üzrə direktoru

 





BİZƏ QOŞULUN!
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
VALYUTA MƏZƏNNƏSİ
  23/06/2021 24/06/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



      Caspian Oil & Gas Conference is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek