Konfrans haqqındaXəzərin Enerji Resurslarından Mənfəətlənməyə Doğru Yol
Xəzər Neft və Qaz Konfransı - neft və qaz sektoru və onunla əlaqəli sahələrdə fəaliyyət göstərən müxtəlif şirkətlər üçün özlərini rəqabətə davamlı şirkət kimi təqdim etməklə, yeni işgüzar münasibətlər yaratmaq və mövcud əməkdaşlıq əlaqələrini genişləndirmək imkanıdır. Bu tədbirdən neft, qaz və enerji sahəsinin istər nüfuzlu iri şirkətləri, istərsə də bu sahəyə yenicə qədəmlərini qoyan şirkətlər faydalana bilər.
Nəyə görə məhz Xəzər Neft və Qaz Konfransı?
- Konfransın regionda bu tipli yeganə neft və qaz tədbiri və Respublika hökuməti tərəfindən hərtərəfli dəstəyə malik olması
- 20-dən artıq sponsor
- 600-dən artıq konfrans iştirakçısı
- 50-dən artıq peşəkar təqdimat
- Tədbirdə dünyanın müxtəlif ölkələrini təmsil edən aparıcı neft və qaz mütəxəssisləri və geniş ticarət missiyaları ilə təcrübə mübadiləsi və yeni işgüzar əlaqələr yaratmaq imkanı
- Region üçün əhəmiyyətli neft və qaz əsaslı məsələlərin müzakirəsində iştirak imkanı
Dəstək
Azərbaycan Respublikası
Energetika Nazirliyi
|
Azərbaycan Respublikası
Dövlət Neft Şirkəti
|

|

|
Konfransda kimlərlə qarşılaşa bilərsiniz
- Müxtəlif ölkələrin hökumət nümayəndələri
- Nəhəng enerji resursları ixracatçıları və idxalçıları
- Dünyanın aparıcı neft-qaz şirkətlərinin və beynəlxalq təşkilatların rəhbər nümayəndələri
- Neft-qaz sahəsində ilk addımlarını atan yerli və MDB şirkətləri
- Elm mütəxəssisləri, peşəkar neft-qaz mütəxəssisləri
- Maliyyə analitikləri
- Beynəlxalq hüquq sahəsi və konsaltinq mütəxəssisləri
- və başqaları
İşgüzar əlaqə yaratma imkanları:
- Sessiyalararası çay/qəhvə fasilələri
- Gündəlik nahar fasilələri
- Axşam ziyafətləri
Konfransda Müzakirə Olunacaq Əsas Mövzular
- Azərbaycan Respublikasının neft və qaz sənayesinin inkişafının prioritet istiqamətləri
- Neft-qaz layihələrində və yeni yataqların kəşfində beynəlxalq əməkdaşlığın genişlənməsi
- Quruda və dənizdə neft yataqlarının kəşfiyyatı üzrə aparıcı şirkətlərin planları
- Layihələrin iqtisadi səmərəliliyinin təminatı, neft yataqlarının işlənməsinin effektivliyinin artırılması və optimizasiyası, inteqrasiya olunmuş əməliyyatların istifadəsi
- Köhnə neft yataqların reabilitasiyası və hasilatın artırılması
- Qazma və hasilatda innovativ texnologiyalar
- Xəzəryanı regiondan neft və qaz ehtiyatlarının diversifikasiyası
- Ekoloji və sənaye təhlükəsizliyin təmin olunması
- Azərbaycanda neft emalı və neft-kimya sənayesinin inkişaf perspektivlərı
- Neft və qaz layihələrinin icrası üçün kadrların hazırlıq vəziyyəti
|