Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия







COG Daily News Day 2 COG 2014 Daily News Day 3

"Caspian Oil & Gas" konfransının açılışı oldu

4 iyun tarixində "JW Marriott Absheron Baku" otelində 21-ci Beynəlxalq "Caspian Oil & Gas" konfransının açılışı oldu. Hər il keçirilən bu konfransda dünyanın 30-dan çox ölkəsindən 500 nəfərdən çox nümayəndə iştirak etdi. Konfrans proqramına dövlət strukturlarını təmsil edən 50 nəfərdən çox nümayəndənin, eləcə də neft-qaz sahəsi üzrə aparıcı ekspertlərin, habelə müxtəlif dünya ölkələrindən iri neft-qaz şirkətlərinin rəhbərlərinin çıxışı daxil edilmişdir.

Plenar iclasda Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev, Litvanın energetika naziri Yaroslav Neveroviç, ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev, Böyük Britaniya Baş nazirinin Azərbaycanla ticarətin inkişafı üzrə xüsusi elçisi Çarlz Hendri, Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Mətin Qılçı və ABŞ Dövlət Departamentinin Enerji bürosunun baş müşaviri Daniel Ştayn iştirak etdilər.


Konfrans çərçivəsində keçirilən 2-ci iclas isə "Əsrin Müqaviləsi" kimi əlamətdar hadisəyə həsr olunmuşdu. Həmçinin, sözügedən konfransda "Xəzər regionundan neft və qazın nəqli marşrutlarının diversifikasiyası" və "Qaz qiymətlərinin formalaşdırılması və uzunmüddətli müqavilələr: iri neft-qaz layihələrinin sabit inkişafının təmin edilməsi" mövzularına toxunuldu.













İran İslam Respublikası Neft Nazirliyinin Avropa, Amerika və Xəzəryanı ölkələr departamentinin baş direktoru Şahmirzadə Esmaili, Bolqarıstan Xarici İşlər Nazirliyinin energetika məsələləri üzrə xüsusi nümayəndəsi Laçezar Matev, ABŞ Dövlət Departamentinin Enerji bürosunun baş müşaviri Daniel Ştayn və digər şəxslər məruzə ilə çıxış etdilər.

Konfransın baş sponsoru qismində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) çıxış etdi. Konfransın qızıl sponsorları "BP Azerbaijan" və "Baker Hughes" şirkətlər idi. Tədbirin gümüş sponsorları isə "RWE DEA AG" şirkəti və "Inpex" korporasiyası oldu. Digər sponsorlar arasında "SVAP BT", "Caspian Geophysical JV", "Conoco Phillips", "Cross Caspian Oil and Gas Logistics", "Ernst and Young", "Nobel Oil LTD", "Dassault Systèmes", "Dentons", "Shlumberger", "SNF Vostok", "SOCAR AQŞ", "Statoil", "TAP", "Total E&P Azerbaijan" və "Welspun Middle East DMCC" şirkətləri var idi.





BİZƏ QOŞULUN!
Baş xəbərlər
PLATİN SPONSOR



QIZIL SPONSORLAR






GÜMÜŞ SPONSORLAR






BÜRÜNC SPONSORLAR














































RƏSMİ HAVA YOLLARI
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
VALYUTA MƏZƏNNƏSİ
  23/06/2021 24/06/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



Caspian Oil & Gas Conference is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek