Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия




Əlaqə


Iteca Caspian LLC
Nigar Muradxanlı
Konfrans meneceri
Tel.: +994 12 4474774
Faks :+994 12 4478558
E-mail :conference@iteca.az

Ladina Loginova
Məlumat bazasının şöbə rəisi
Tel.: +994 12 4474774
Faks :+994 12 4478998
E-mail :info@iteca.az

Svetlana Hacıyeva
PR menecer
Tel.: +994 12 4474774
Faks :+994 12 4478998
E-mail :pr-assistant@iteca.az

Mehriban Baxşıyeva
Reklam üzrə menecer
Tel.: +994 12 4474774
Faks :+994 12 4478998
E-mail :media@iteca.az



XƏBƏRLƏR

İlk açılışını qeyd edən yeni “Baku Expo Centre” Sərgi Mərkəzində, regionun neft və qaz sahəsinin aparıcı tədbiri olan “Xəzər Neft və Qaz” sərgisi keçiriləcəkdir. Tədbir Azərbaycanın paytaxtında 1-4 iyun 2010-cu il tarixlərində keçiriləcəkdir.

 

“Baku Expo Centre” Sərgi Mərkəzi beynəlxalq standartlara uyğun tikilmiş tədbirlər məkanı olaraq, konfrans, iclas, seminar və təqdimatların keçirilməsi üçün 30 000 kvadrat metrdən yuxarı olan ekspozisiya sahəsini iştirakçılara təqdim edir.

 

Sərgi və konfransı təşkil edən İTE Qrup şirkətinin İcraçı Direktoru cənab Edvard Stroon bəyan etmişdir: “Biz çox şadıq ki, “Xəzər Neft və Qaz” sərgi və konfransı yeni sərgi kompleksində keçiriləcək ilk tədbir olacaq. Beləliklə, əla təchiz edilmiş və genişlənmə imkanları vəd edən mərkəzin açılışı ilə bu nüfuzlu sərgi və konfransın tarixində yeni fəsil başlanacaq. Çətin iqtisadi dövrana baxmayaraq “Baku Expo Center” Sərgi Mərkəzinin inşasının başa çatdırılması Azərbaycan iqtisadiyyatının gücünü sübut edərək hökumətin uzaqgörənliyini təcəssüm edir. Bakı şəhəri, Xəzər regionunun işgüzar mərkəzidir və bu yeni sərgi məkanının fəaliyyətə başlanması Azərbaycanın paytaxtını sərgilər sahəsində, regionun ən qabaqcıl sərgi mərkəzinə çevirəcəkdir.”

 

“Xəzər Neft və Qaz Konfransı” iyunun 2-si və 3-də Bakının Hyatt Regency Mehmanxanasında keçiriləcəkdir. 2010-cu ildə bu tədbir 17-ci ildönümünü yaşayır. Sərgi və konfrans Azərbaycan Sənaye və Energetika Nazirliyi və “ARDNŞ” Azərbaycan Respublikasının Dövlət  Neft və Qaz Şirkəti tərəfindən tam olaraq dəstəklənir.

press_releases
...

Press reliz

22.02.2010

Ənənəvi “Caspian Oil & Gas” – Xəzər Neft, Qaz, Neftayırma və Neftkimyası Beynəlxalq Sərgisi 1- 4 iyun tarixlərində keçiriləcək. Böyük Britaniyanın “ITE Group” şirkəti və Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası sərginin təşkilatçılarıdır. Sərgidə dünyanın 30 ölkəsindən olan 300-dən çox şirkətin iştirak edəcəyi gözlənilir. İştirakçılar arasında Böyük Britaniya, Almaniya, Çin və Rusiyanın milli qrupları da olacaq. Bu il Caspian Oil & Gas” sərgisində ilk dəfə olaraq BƏƏ-nin milli stendi iştirak edir. Sərgi meydançasının 40%-dən çox hissəsini “Caspian Oil & Gas” sərgisinin daimi iştirakçıları olan dünya şöhrətli şirkətlər tərəfindən tutulacaq. Onların arasında “BP”, “Itochu”, “OMV Gas International GmbH”, ARDNŞ, “Statoil”, “Total”, “TPAO” və bir çox digər şirkətlər yer tutur. Bu il ilk dəfə olaraq, özündə külək dəyirmanları, günəş batareyaları və s. müxtəlif ekoloji layihələri əks etdirən alternativ enerji sektoru sərginin xüsusi mövzularından biri olacaq. Sərgidə bu il ilk dəfə iştirak edən şirkətlər də var; onlar neft avadanlıqları, nəqliyyat xidmətləri, neft sektorunda informasiya texnologiyaları kimi bölmələri təqdim edəcəklər. Sərginin ikinci günü, “Hyatt Regency” mehmanxanasının konfrans zalında Xəzər Neft, Qaz, Neftayırma və Neftkimyası Beynəlxalq Konfransı keçiriləcək. Konfransda dünyanın 30 ölkəsindən olan 500 nümayəndə heyətinin iştirak edəcəyi gözlənilir. 2010-cu ildə Azərbaycan Beynəlxalq Bankı sözügedən sərgi və konfransın platin (baş) sponsoru qismində çıxış edəcək. Konfransda Avropanın geosiyasi məsələləri və bu məsələlərdə Azərbaycanın rolu, Xəzər hövzəsinin potensialı, Azərbaycanın enerji sektoruna sərmayə qoyuluşları və bir sıra digər məsələlər müzakirə olunacaq. Regionda ekoloji problemlərə ayrıca bir sessiya həsr ediləcək.
press_releases
...

08.07.2010 10:44
Misirin neft naziri: “Azərbaycanla neft sahəsində müqavilələr bağlamağa...

05.07.2010 17:40
İyulun 7-də Misirin neft naziri Azərbaycana səfər edəcək...


bütün xəbərlər
PLATİN SPONSOR
QIZIL SPONSOR
SPONSORLAR





















































KOMMUNİKASİYA TƏRƏFDAŞI
Azerfon-Vodafone
SIĞORTA TƏRƏFDAŞI
Pasha Sigorta
TEXNİKİ DƏSTƏK
CASPEL
KREATİV TƏRƏFDAŞ
Krea
MARKETİNQ ARAŞDIRMA TƏRƏFDAŞI
SIAR
VALYUTA MƏZƏNNƏSİ
  01/08/2021 02/08/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



Caspian Oil & Gas Conference is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek