Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





COG 2016 Daily News N2 COG 2016 DailyNews N3

23-cü Beynəlxalq Xəzər Neft və Qaz Konfransı

2 iyun tarixində “JW Marriott Absheron Baku” otelində “Caspian Oil&Gas” beynəlxalq konfransının açılış mərasimi keçirilmişdir. Beynəlxalq konfransı neft-qaz sahəsinin aktual mövzularının müzakirəsi üçün ənənəvi meydançadır. Aparıcı şirkətlərin rəhbər menecerlərini, habelə sahə nazirliklərinin nümayəndələrini və nüfuzlu ixtisas ekspertlərini vahid müzakirə meydançasında bir araya gətirən neft-qaz forumu bu sənaye sahəsinin inkişafı üzrə aktual məsələlər haqqında fikir mübadiləsi üçün imkan yaradır.

Konfransda dünyanın 30-dan çox ölkəsindən 400 nəfərə yaxın nümayəndə iştirak edir. Dünyanın müxtəlif ölkələrindən 40 nəfərdən çox natiq, o cümlədən aparıcı ekspertlər, dövlət strukturlarının nümayəndələri, iri neft-qaz şirkətlərinin rəhbərləri aşağı neft qiymətləri şəraitində enerji daşıyıcılarının hasilatı, idarə olunması və nəqli üzrə əsas məsələlər xüsusunda məruzələrlə çıxış edirlər. “Avropaya enerji təchizatının təmin edilməsində Azərbaycanın rolu” mövzusuna həsr olunan plenar iclasda Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev iştirak etmişdir. Həmçinin, konfransda Rövnəq Abdullayev, SOCAR-ın Prezidenti, Qordon Birel, Reqional prezident, BP Azərbaycan – Gürcüstan – Türkiyə, Marko Alvera, Baş icraçı direktor, Snam, Djeremi Hak, Baş icraçı direktor, Nobel Upstream və digər öz məruzələri ilə çıxış etdilər.

Bu il konfransda aşağıdakı əsas mövzular müzakirəyə çıxarılmışdır: “Xəzər regionunun qaz infrastrukturu: regionda əsas layihələrin cari vəziyyəti və həyata keçirilmə statusu”, Şah Dəniz – 20 illik uğur və gələcəyə baxiş”, “İri  neft-qaz layihələrinin  maliyyələşdirilməsi  və həyata  keçirilməsi”, “Azərbaycanın  enerji  ehtiyatları  bazasının genişləndirilməsi”, “Neft-qaz  layihələri  üçün  mütəxəssislərin  hazırlanması, “Ekoloji və sənaye təhlükəsizliyinin təmin edilməsi”, “Azərbaycanda  neft-kimya və neft emalı sahələrinə dair ümumi məlumat və inkişaf  perspektivləri”.

Bu il konfrans sponsorlarının tərkibi də xeyli genişdir. Belə ki, konfransın baş sponsoru qismində SOCAR çıxış edir. Tədbirin qızıl sponsorları “BP”, “General Electrics” və “Snam” şirkətləri, gümüş sponsorlar “Inpex” və “McDermott” şirkətləri, bürünc sponsorları isə “Caspian Geophysical”, “Dentons”, “Nobel Upstream”, “SAP”, “Schlumberger”, “Statoil”, “Total” və “GMA Petroleum” şirkətləridir.

Dörd sessiya ilə müşayiət olunan konfransın birinci iş günü uğurlu oldu. Konfransda iştirak edən nümayəndələr işgüzar ünsiyyət üçün qəhvə fasiləsindən də fəal istifadə edirdilər, belə ki, qəhvə fasiləsi zamanı yerli və xarici şirkətlərin nümayəndələri arasında mühüm görüşlər keçirildi.

“Iteca Caspian” şirkətinin direktoru Fərid Məmmədov sərgi və konfransa dəyərli dəstək göstərdiklərinə görə Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyevə, eləcə də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayevə minnətdarlıq sertifikatlarını təqdim etdi.





BİZƏ QOŞULUN!
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
VALYUTA MƏZƏNNƏSİ
  17/11/2017 18/11/2017
USD 1.7002 1.7002
EUR 2.0070 2.0070
GBP 2.2488 2.2488
RUR 0.0285 0.0285
HAVA



      Caspian Oil & Gas Conference is Copyright © 2000-2017 Bütün hüquqlar qorunur. Hosted by VebTek